XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Cəlilabadda şöbə müdiri qəbristanlıqda kartof əkdirir?

Cəlilabadda şöbə müdiri qəbristanlıqda kartof əkdirir?

Cəlilabadda şöbə müdiri qəbristanlıqda kartof əkdirir?
6-04-2020, 06:26

Cəlilabad rayon İcra Hakimiyyətində şöbə müdiri işləyən Münasib Həsənovun qəbristanlıq ərazisini zəbt edərək, orada kartof əkdirdiyi bildirilir.

Bu barədə JAMAZ.İNFO-ya rayon sakini Nazim Vəliyev yazaraq bildirib.
O yazır ki, şöbə müdiri Cavid xan küçəsi, İran bazarından dönəndə arxa yolda yerləşən qəbiristanlığı uzun illərdən bəri zəbt edib və orada əkinçiliklə məşğuldur.

O deyir ki, bununla bağlı etiraz etdikdə və ya irad bildirdikdə sözügedən şəxs onlara təzyiq edir. “Bu proses neçə ildir davam edir. Qəbristanlıq üçün dövlət yer saxlayıb, bələdiyyə də rəsmi olaraq ərazi ayırıb. Lakin Münasib Həsənov heç bir sənəd olmadan qəbristanlığın 10 hektar ərazisini özünküləşdirib və orada kartof əkir. Ona bələdiyyə də bir söz deyə bilmir, çünki Həsənov səlahiyyət sahibidir və İcra Hakimiyyətində işləyir”.

Nazim Vəliyev bildirir ki, keçən il həmin ərazidən çıxarılmış məhsul Rusiyaya satış məqsədi ilə göndərilsə də, geri qaytarılıb. “Rusiya tərəfi həmin kartofun qidaya yarasız olmasını əsas gətirmişdi. Bu da səbəbsiz deyildi, çünki həmin kartofda bakteriofaq virusu aşkarlanmışdı. Münasib məcbur qalıb həmin kartofu geri qaytardı, Bakı bazarlarında satdırdı və 100 mindən çox pul götürdü. Xalqımız da həmin viruslu kartofu yedi”.

Cəlilabad sakini onu da deyir ki, İcra Hakimiyyətinin şöbə müdiri Münasib Həsənov bu il kartof əkməkdənsə, daha münasib bir addım atıb. “Münasib Həsənov bu il həmin ərazini Cəlilabadın Maşlıq kənd sakini Ceyhun Xudaverdiyevə 10 min manata satıb. Əkilən kartofların cığırlar isə qəbirlərə qədər gəlib çıxıb”.
Bildirək ki, qanunvericiliyə əsasən qəbristanlıq ərazisi qanunla satıla bilməz. Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən qəbristanlıq ərazisindən əkin sahəsi kimi istifadə etmək, orada məhsul yetişdirmək, habelə həmin məhsulu satmaq qadağandır.

Maraqlıdır, İcra şöbə müdiri bunları bilmirmi? Digər tərəfdən, Cəlilabadda yer qəhətdir ki, qəbristanlıq ərazisindən əkin sahəsi kimi istifadə olunur?

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Cəlilabadda şöbə müdiri qəbristanlıqda kartof əkdirir?

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.