SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Kürdəmirdə virus mənbəyi... - FOTOFAKT

Kürdəmirdə virus mənbəyi... - FOTOFAKT

Tarix:

2-04-2020, 10:17

/ 1 367 dəfə oxundu.
Kürdəmirdə virus mənbəyi... - FOTOFAKT

Kürdəmir rayonu, Mollakənd kəndi yaxınlığında, Kür çayının sahilboyu ərazisi məişət tullantıları ilə çirkləndirilir. Günün müxtəlif saatlarında böyük maşınlarla əraziyə zibil tullantıları gətirilərək, boşaldılır. Aran zonasının yeganə içməli su mənbəyinin məişət tullantıları ilə çirkləndirilməsi yaxınlıqda yaşayan sakinləri də narahat edir. Sahilboyu geniş bir ərazi isə acınacaqlı vəziyyətdədir. Ətrafdakı ağacların yan-yörəsi içki butulkaları, su şirəsi qabları, müxtəlif cür tullantılarla aşıb-daşır.

“Artıq Kür qırağının əcəb seyrəngahından əsər-əlamət qalmayıb. Çayın sahili az qalsın zir-zibil içində itib-batır. Baxın, təbiətin gözəl mənzərəsi insan əli ilə çirkləndirilib, bərbad bir hala salınıb”. DİA.AZ bildirir ki, bu sözləri Kürdəmir rayonu Mollakənd kəndinin sakini Vahid Əliyev söyləyir. Deyir ki, kənd camaatı bundan narazı və narahatdır. Şikayətçi onu da bildirir ki, yaxınlıqda yaşayanlar məişət tullantılarını elə çayın kənarına atır. Səbəb kimi isə orada zibil qablarının olmamasını göstərirlər: “Yaxınlıqda Mollakənd Mexaniki Suvarma İdarəsi yerləşir. Ərazi onların balansındadır, düşünürəm ki, buna görə onlar da narahat olmalıdır. Heç olmasa vəziyyətə nəzarət etsinlər. Belə natəmizlik, özbaşınalıq olmaz”.

“Burada elə ağaclar var ki, növünə görə nadir hesab olunur. Amma onların tən ortasında olan böyük bir zibilxanaya baxanda, adam deməyə söz tapmır. Onu da deyim ki, Sarısu gölü bölümünün kənarında olan meşəlik də zibillik içindədir. Halbuki, həmin ərazi qoruqdur. Sarısı Azərbaycanda Xəzər dənizindən sonra ikinci böyük göldür. Ümimiyyətlə, Kür çayının ətrafı bərbad vəziyyətdədir”, -Elşən Əhmədov deyir.

Kənd sakini Nazim Mirzəyev müvafiq idarələri ittiham edir. Deyir ki, zibil qabları qoyulsa, məişət tullantıları vaxtlı-vaxtında daşınsa, yerli camaat zibillərini çay sahilinə tökməyə məcbur qalmaz: “Problem tək burada deyil, Kür çayının sahilboyu ərazilərində də vəziyyət eynidir. Əksər hallarda tullantılar birbaşa çayın içinə tökülür. Mollakəndə zibil qabları qoyulmayıb. Əsasən kənd sakinləri zibili maşınlarla daşıyıb həmin əraziyə tökür. Zibillərin sahilboyu ərazilərdən təmizlənməməsi ətrafda xoşagəlməz iyinin yaranmasına səbəb olur”.
Kürdəmirdə virus mənbəyi... - FOTOFAKT

Şərhlər

XƏBƏR LENTİ