SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Saatlı rayonunda dezinfeksiya işləri sürətlə davam edir

Saatlı rayonunda dezinfeksiya işləri sürətlə davam edir

Tarix:

30-03-2020, 10:00

/ 1 096 dəfə oxundu.
Saatlı rayonunda dezinfeksiya işləri sürətlə davam edir

Saatlı rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə dezinfeksiya tədbirlərinin həyata keçirilməsi gücləndirilib.
Koronavirus(COVİD-19) infeksiyasına qarşı bir çox ölkələrdə intensiv qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmamışdır. İnfeksiyasının geniş yayılma sürətini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən sosial izolyasiya tədbirləri tətbiq olunur və qabaqlayıcı tədbirlərin görülməsi davam etdirilir. Hazırda ölkəmizdə epidemioloji durum ciddi nəzarət altında saxlanılır.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Saatlı rayonu ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər həyata keçirilir. İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Saatlı rayon İcra Hakimiyyətinin başçısı yanında operativ qərargah yaradılmış, sakinlər arasında geniş maarifləndirmə işlərinin aparılması davam etdirilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra bütün ümumitəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında, mədəniyyət və tibb müəssisələrində yoluxucu xəstəliyin profilaktikası məqsədi ilə kütləvi dezinfeksiya işlərinin aparılması təmin edilib.
İnfeksion xəstəliyin yayılma təhlükəsini nəzərə alaraq tərtib edilən qrafik əsasında Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən mərkəzi bazar, avtovağzal, ictimai iaşə və ticarət obyektlərində, bir sözlə, insanların kompakt toplaşdığı bütün yerlərdə, həmçinin küçə, park və xiyabanlarda, yaşayış binalarının giriş bloklarında, pilləkən qəfəslərində və liftlərdə genişmiqyaslı profilaktik tədbirlər davam etdirilir.
Koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq bir daha şəhər sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.


Saatlı rayonunda dezinfeksiya işləri sürətlə davam edir

Şərhlər

XƏBƏR LENTİ