Gəncədə koronavirusla əlaqədar maarifləndirmə işləri aparılıb - Foto
Polislər Gəncədə əhali ilə profilaktik söhbətlər aparıb...
Koronavirus pandemiyası ilə əlaqədar Gəncədə maarifləndirmə tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktik söhbətlər aparıb.
Polis əməkdaşları onlara xüsusi karantin rejiminin tələblərini xatırladaraq bu tələblərin vətəndaşların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınması məqsədi ilə tətbiq edildiyini bildirib.
Bundan başqa Baş İdarə əməkdaşları şəhər ərazisində qrup halında gəzən sakinlər ilə də maarifləndirici söhbət aparıb.
Söhbət zamanı vətəndaşlara virusun yaxın məsafəli ünsiyyət zamanı yoluxma riskinin daha yüksək olduğu bildirilib.
Bundan başqa, əhaliyə mümkün qədər evdən çıxmamaq, zəruri hallarda çıxıldıqda isə tibbi maska, spirt və əlcəkdən istifadə edilməsi tövsiyə olunub.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...