SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəmkirin icra başçısı qanunları vecinə almır – ALİMPAŞA MƏMMƏDOV SƏKİLƏRİ DƏ SATIŞA ÇIXARIB...

Şəmkirin icra başçısı qanunları vecinə almır – ALİMPAŞA MƏMMƏDOV SƏKİLƏRİ DƏ SATIŞA ÇIXARIB...

Tarix:

19-03-2020, 07:53

/ 1 489 dəfə oxundu.
Şəmkirin icra başçısı qanunları vecinə almır – ALİMPAŞA MƏMMƏDOV SƏKİLƏRİ DƏ SATIŞA ÇIXARIB...

Keçən il - 19 dekabrda Ağstafada icra başçısı Nizaməddin Quliyev elə iş otağında qandallanıb həbs olunanda köhnə icra başçılarının canına qorxu düşmüşdü. Ən çox təşfiş keçirən Alimpaşa Məmmədov olmuşdu. Çünki KİV-lərdə mənfi mənada ən çox adı hallanan odur. Ona görə də xalqın arasına gedib illərlə yada düşməyən şəhid anasının əlini öpməklə, guya “xalqla bir yerdə” olduğunu reklam etdirdi. Əslində isə onun hərəkəti “toydan sonra nağara çalmaq” deməkdir.

İndi yenə o, öz fəaliyyətindədir. Zəbt etdiyi İcra Hakimiyyəti başçısı vəzifəsinə sərvət toplamaq kimi baxır, insanlara xidmət etmək üçün yox. Hətta prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli qanununun tətbiq barədə sərəncamını da vecinə almır.

Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən 30 mart 2015-ci ildə imzalanmış № 018 2259-001-15 “Avtomobil yollarının mühafizə zolaqlarında qanunsuz tikililərin qarşısının alınması sahəsində əlavə tədbirlərə dair” əmrinin tələblərinə də Alimpaşa Məmmədov məhəl qoymur.

Dəyişikliklərə əsasən, qanunun 188-ci maddəsi aşağıdakı redaksiyada verilir:

“Maddə 188. Torpaq üzərində mülkiyyət istifadə və ya icarə hüququnu pozma. 188.1. Qanunla müəyyən edilmiş mülkiyyət istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə yaxud həmin torpaq sahəsini başqa üzullarla özbaşına tutma-səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.2. Qanunla müəyyən edilmiş mülkiyyət istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmaq bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.3. Bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.4. Bu Məcəllənin 188.1-188.3-cü maddələrində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə

188.4.2. Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-1-ci maddə aşağıdakı redaksiyada verilir.

“Maddə 314-1 Dövlətin müstəsna müəkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə.

314-1.1. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onara icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul etmə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-1.2. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqqında qərar qəbul etmə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan mərhum edilməklə, beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2012-ci il 6 sentyabr tarixdə qəbul edilmiş “Şəhərsalma və Tikinti Məcəlləsi”, Dövlət Başçısının “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi” və “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqıda” 30.08.2007-ci il və 17.11.2014-cü il tarixli fərmanları müvafiq məsələ üzrə fəaliyyətin təşkilində və nəzarətin təmin olunmasında böyük əhəmiyyət kəsb edir.

2001-ci il 12 oktyabr tarixdə təsdiqlənmiş Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının 8.18-ci və 8.19-cu maddələrində yerli əhəmiyyətli avtomobil yollarının kənarındakı səkinin eni 2,25-3 metr olmalıdır”.

Qanunvericiliyin tələblərinə baxmayaraq, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda və respublikanın digər inzibati ərazi vahidlərində, tikinti işlərininn yerinə yetirilməsi zamanı müəyyən edilmiş norma və qaydalara tam əməl olunmur, verilmiş icazə sənədlərində nəzərdə tutulmuş ölçülərə zidd olaraq tikinti obyekti nəqliyyat vasitələrinin və piyadaların istifadəsi üçün nəzərdə tutulmuş yolların və səkilərin hesabına genişləndirilir.

Mövcud vəziyyət, piyadaların və yol hərəkətinin digər iştirakçılarının həyatı üçün real təhlükə mənbəyinə çevrilir, habelə avtomobillərin hərəkətinin intensivliyini aşağı salmaqla süni tıxacların yaranmasına səbəb olur. Həmçinin, fövqəladə halların, o cümlədən yanğınların, partlayışların və digər müxtəlif qəzaların qarşısının alınmasında, fəsadlarının çevik aradan qaldırılmasında, xüsusi təyinatlı nəqliyyat vasitələrinin həmin ərazilərə vaxtında çatmasında ciddi çətinliklər yaranır.

Aşkarlanmış qanuna zidd hallarla bağlı hüquqi və fiziki şəxslər tərəfindən müvafiq tədbirlər görülmədiyi təqdirdə şəhərsalma və tikinti norma və qaydaları pozulmaqla inşa edilmiş hasarların, digər tikili və qurğuların (yaşayış evləri istisna olmaqla) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsi ilə müəyyən edilmiş qaydada sökülməsi üçün yerli icra hakimiyyəti, bələdiyyə və digər orqanlar qarşısında məsələ qaldırılsın.

Alimpaşa müəllimin tamahının, iştahının (nəfsinin) həddi, hüdüdü yoxdur. Ona görə də o, ölkə Prezidenti İlham Əliyevin sərəncamının əksinə hərəkət edir və FHN-in və DİN-in birgə imzaladığı əmrin tələblərini yerinə yetirməyərək rayonda piyadaların istifadəsi üçün nəzərdə tutulmuş yolları və səkiləri də hərraca qoyub (satmağa) başlayıb. O, saxta sərəncamlarla Şəmkir şəhəri Zaur Sarıyev küçəsindən keçən su kanalı və avtomobil yolunun mühafizə zonasını da satıb.

Su kanalı və avtomobil yolu mühafizə zonasında tikilən qanunsuz obyektlər

“Hürriyyət”in 29 fevral-2 mart dərc olunmuş sayında qeyd etmişdik ki, Alimpaşa Məmmədov idarə və təşkilatların rəhbərlərini və həkimləri “tasa” otuzdurub. İcra başçısının qeyri-qanuni tapşırıqlarını və tələblərini yerinə yetirməyə vadar (məcbur) olan şəxslərdən bir də Şəmkir rayonu Mahmudlu kənd sakini “damla” su təsərrüfatının sədri Tağıyev Əli Nağı oğludur. Nağı müəllim deyir: “Alimpaşa Məmmədov mənə qarşı qərəzli və məkirli mövqedədir. Buna səbəb isə odur ki, dövlət tədbirləri ad ilə 2017-ci ildə hər su təsərrüfatı birliyindən İcra başçısı öz şəxsi təsərrüfatını inkişaf etdirmək üçün 2-3 ton dizel yanacağı tələb etmişdir. Məndən isə 2 ton istədi mən imkanım olmadığına görə onun pul yığanına (ad məlumdur) Bir ton dizel yanacağın pulunu verdim. 2018-ci ilə isə guya dövlətin rayonun Çənlibel kəndində mal ferması var bu tədbir onun üçündür. Lakin sonra məlum oldu ki, o, öz şəxsi maralları üçün hər birlikdən 1000, 2000, 3000 min ot presi almışdır. Mən isə 1000 presin əvəzinə onun pul yığanına 700 manat verdim”.

Mən həmin pulu ailəmin boğazından kəsib vermişəm. Nəzərinizə çatdırıram ki, mən tutduğum vəzifəyə STB-in üzvləri tərəfindən seçilmişəm, Alimpaşa Məmmədov tərəfindən təyin olunmamışam. İndi İcra başçısı çalışır ki, məni tutduğum vəzifədən qeyri-qanuni olaraq azad eləsin”.

Yəni bu o deməkdir ki, Şəmkirin ağası da mənəm, koxası da mənəm.

İcra başçısı 2017-ci ildə seçgi yolu ilə seçilmiş Azad təhsil işçiləri həmkarlar ittifaqı sədri şair Məzahir Hüseynzadəni də öz ərizəsi ilə vəzifəsindən getməyə təhrik etmişdir.

Ölkə başçısı İlham Əliyev bu ayın 1-ci həftəsində qərb bölgəsinə səfər etmişdir. O, Goranboy, Şəmkir, Ağstafa, Qazax və Tovuz rayonlarında olmuşdur. O, Şəmkirdə olarkən İcra başçısı Alimpaşa Məmmədov dövlət başçısına rayonda götrülən quruculuq və abadlıq işlərindən çox böyük canfəşanlıqla məlumat verdi. Amma Alimpaşa müəllim əhaliyə zülm etməsindən, Şəmkiri çökdürməsindən, öz şəxsi biznesini inkişaf etdirməsindən danışmadı.

Şəmkiri çökdürən, əhalisini müflisləşdirən, tutduğu vəzifə kreslosuna sərvət bankının açarı kimi baxan, kriminal keçmişli Alimpaşa Məmmədov rayonun əhalisinə qərəzli mövqeyinə və qeyri-qanuni əməllərinə görə yəqin ki, yaxın zamanlarda ölkə başçısı İlham Əliyevdən layiq olduğu “mükafatını” alacaq. Çünki atalar deyib : “Haqq nazilər, ancaq üzülməz” //hurriyyet.org//
Şəmkirin icra başçısı qanunları vecinə almır – ALİMPAŞA MƏMMƏDOV SƏKİLƏRİ DƏ SATIŞA ÇIXARIB...
h

Şərhlər

XƏBƏR LENTİ