Vahid Tağıyevin şikayətçilərə qəribə qadağası... - Koronavirus bəhanəyə çevrilib...
- 18-03-2020, 17:24
- 1 181
DİA.AZ-a müraciət edən Ağsu sakinləri iddia edir ki, rayonun icra başçısı Vahid Tağıyev onsuz da sakinləri dinləmək kimi bir prosesə işgəncə kimi baxırdı. Yəni dəfələrlə Prezidentin belə icra başçılarına "gedin, xalqın arasında olun" deyərək çağırışlar etməsinə rəğmən, Ağsunun yeni başçısı hər dəfəsindən xalqdan uzaq qaçması ilə mediatik bir fiqur olaraq nəzərlərə gəlmişdi.
Elə dia.az-a yazan ağsulular da eyni məsələdən giley edirlər və bildirirlər ki, indi də başçının qabuluna düşmək istəyəndə onlara "nə qəbul, bütün dünya koronavirusdan əziyyət çəkir" deyərək, rədd cavabı verirlər.
Bununla bağlı yerli RİH-dən münasibət öyrənmək istəsək də, sualımızı eşidənlər dəstəyi asdılar. Yenə də qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.