Vahid Tağıyevin şikayətçilərə qəribə qadağası... - Koronavirus bəhanəyə çevrilib...
Bütün bərşəriyyəti sarsan koronavirus epidemiyasının özünü ən çox Azərbaycanın Ağsu rayonunda göstrədiyini desək, insanlara ziyan vurduğunu söyləsək, yanılmarıq. Ona görə yox ki, artıq gələn xəbərlər içində Ağsunun keçmiş bələdiyyə sədrlərindən birinin də sözügedən xəstəliyin hədəfində olduğu qeyd olunur. Ona görə ki..
DİA.AZ-a müraciət edən Ağsu sakinləri iddia edir ki, rayonun icra başçısı Vahid Tağıyev onsuz da sakinləri dinləmək kimi bir prosesə işgəncə kimi baxırdı. Yəni dəfələrlə Prezidentin belə icra başçılarına "gedin, xalqın arasında olun" deyərək çağırışlar etməsinə rəğmən, Ağsunun yeni başçısı hər dəfəsindən xalqdan uzaq qaçması ilə mediatik bir fiqur olaraq nəzərlərə gəlmişdi.
Elə dia.az-a yazan ağsulular da eyni məsələdən giley edirlər və bildirirlər ki, indi də başçının qabuluna düşmək istəyəndə onlara "nə qəbul, bütün dünya koronavirusdan əziyyət çəkir" deyərək, rədd cavabı verirlər.
Bununla bağlı yerli RİH-dən münasibət öyrənmək istəsək də, sualımızı eşidənlər dəstəyi asdılar. Yenə də qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...