SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağsu “mero”sunda yığılan pullar kimin cibinə gedir? – Ölüm yayan idarə…

Ağsu “mero”sunda yığılan pullar kimin cibinə gedir? – Ölüm yayan idarə…

Tarix:

13-03-2020, 10:38

/ 1 118 dəfə oxundu.
Ağsu “mero”sunda yığılan pullar kimin cibinə gedir? – Ölüm yayan idarə…

Demək olar ki, hər gün avtomobil qəzaları haqda xəbərlər oxuyur, baş verən faciələri kədər içində izləyirik. Çox zaman sürücü məsuliyyətsizliyinin və bəzi sürücülərin yol hərəkəti qanunlarından xəbərsiz olmasının səbəb olduğu bu hadisələr canlar alır, ailələri kədərə qərq edir. Bütün bu hadisələri yaradan əsas səbəb isə yenə də, korrupsiya və rüşvətdir. Azərbaycanda olan İmtahan-Qeydiyyat Şöbələrində sürücülük vəsiqələrinin pul ilə satılması “yol canavarları”nın artmasına səbəbə olur.

Zaman-zaman mətbuatda adı hallanan korrupsiya yuvalarından biri də, Ağsu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsidir ki, bu şöbəni haqlı olaraq el arasında “prava bazarı” adlandırırlar. İlk gündən təməli rüşvət üzərində qurulan bu idarədə hazırda korupsiya özünün “çiçəklənmə dövrü”nü yaşayır.

Deyilənə görə, “mero”nun rəisi Ayaz Məmmədov elə ilk iş günündən sürücülük vəsiqəsinin qiymətini 1000 manatdan yuxarı qaldırmaqla “bazar”ın qiymətini devalivasiyadan sonrakı dövürə uyğunlaşdıra bilib.

Sozcu.az saytına müraciət edən Ağsu rayon sakini Vurğun Bəyalıyev də, “yol canavarları”nın durdurulmasını istəyən vətəndaşlardan biridir. Ağsu “merosu”nda baş verənlərlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiyini deyən Vurğun Bəyalıyev, etdiyi müraciətlərə baxmayaraq , 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsində baş verən özbaşınalıqların qarşısının alınmadığını deyir:

“Demək olar ki, hər gün ağır yol hadisələrinin ya şahidi oluruq. Əksər hallarda ölümlə və ya ağır xəsarətlərlə nəticələnən bu cür yol hadisələrini yaradan sürücülər əsasən yol hərəkəti qaydalarından xəbərsiz olan və sürücülük vəsiqəsini rüşvət yolu ilə alan şəxslərdir. Əgər avtomobil qəzalarında həyatlarını dəyişən vətəndaşlarımızın dəqiq statsitikası aparılarsa, məlum olacaq ki, avtomobil qəzalarından dünyasını dəyişənlərin sayı Qarabağ savaşında həlak olanların sayından qat-qat çoxdur. Rüşvətlə sürücülük vəsiqəsi satan bəzi dövlət qurumları xalqımıza qarşı sözün əsl mənasında soyqrım həyata keçirilər.Təbii ki, bir Azərbaycan vətəndaşı olaraq bu cür hadisələr məni də narahat etməyə bilməz.

Korrupsiyanın tüğyan etdiyi dövlət qurumlarından biri də , yaşadığım Ağsu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsidir. Əvvəldən də, bu idarədə rüşvətin tüğyan etməsinə baxmayaraq, prezidentin korrupsiyaya və məmur özbaşınalığına qarşı səsləndirdiyi fikirlərdən sonra, korrupsiyanın aradan qaldırılacağını düşündük. Ancaq çox təəssüf ki, “Ağsu merosu” adlanan idarədə qiymət artımından başqa heçnə dəyişmədi. “Mero”nun rəisi Ayaz Məmmədov idarəyə bazar kimi baxmağa davam etməkdədir. Mən özüm dəfələrlə “mero”da olub, baş verənləri müşahidə etmişəm. İmtahan otağına girən və qısa bir vaxtdan sonra sürücülük vəsiqəsi əldə edən şəxslərin əksəriyyəti vəsiqəni pulla aldıqlarını deyir və bir çox hallarda qiymətin bahalaşdırılmasından narazılıqlarını da bildirirlər. Mən bununla bağlı bir çox yerlərə müraciət etsəm də, görünür etdiyim müraciətlərin lazımı ünvana çatmasının qarşısını alırlar. Mən inanıram ki, bu müraciətimdən sonra Daxili İşlər Naziri Cənab Vilayyət Eyvazov bu korrupsiya yuvası haqqında ciddi bir ölçü götürəcək. Artıq insan ölümlərinə son verməyin vaxtıdır. Korrupsiya dövlətimizi içindən yeməklə yanaşı, vətəndaşlarımızın həyatlarına son qoyan bir vasitəyə çevrilməkdədir”.

P.S Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Şərhlər

XƏBƏR LENTİ