Alı Alıyev vətəndaşlarla görüşüb, problemərini dinləyib - Foto
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev istirahət günlərində (7-8-9 mart) Qayıdış qəsəbələrində, Əhmədbəyli, Mahmudlu-2, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu və Alıxanlı kəndlərində olub, vətəndaşlarla görüşüb, bazarlarda, topdansatış mərkəzlərində, ictimai iaşə obyektlərində olmuş ərzaq məhsullarının qiymətləri ilə maraqlanıb, alıcı və satıcılarla söhbət edib.
Qeyri-rəsmi formada olan bu cür görüşlər səmimiyyəti ilə fərqlənib. Vətəndaşlarla görüşdə Alı Alıyev bildirib ki, bu cür görüşlərin məqsədi vətəndaşlarla bir yerdə olmaq, onları narahat edən məsələlərdən xəbərdar olmaq və mövcud problemləri yerində aradan qaldırmaqdır.
İctimai iaşə obyektlərində, topdan və pərakəndə satış mərkəzlərində, insanların sıx toplandığı ərazilərdə onlarla səmimi söhbət edən Alı Alıyev tərəfindən vətəndaşlar tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bir qismi yerində həll edilib, digərlərinin isə həll edilməsi üçün nəzarətə götürülməsi barədə tapşırıq verilib.
Alı Alıyev vətəndaşlarla söhbətində Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzalanan fərman və sərəncamlardan bəhs edib. Bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılmasının dayanır.
Məcburi köçkünlər çörək pulu, qaz, işıq, sudan istifadəyə görə hər ay vahid aylıq müavinət aldıqlarını, əməkhaqqı, pensiya və təqaüdlərinin vaxtlı-vaxtında plastik kartlar vasitəsilə ödənildiyini bildiriblər.
![]()
![]()

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...