SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəkidəki yeni təyinat narazılıq doğurdu - Müraciət...

Şəkidəki yeni təyinat narazılıq doğurdu - Müraciət...

Tarix:

9-03-2020, 11:12

/ 1 348 dəfə oxundu.
Şəkidəki yeni təyinat narazılıq doğurdu - Müraciət...

AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, AZƏRBAYCANIN BİRİNCİ XANIMI.
HÖRMƏTLİ MEHRİBAN XANIM ƏLİYEVAYA,

SÜRƏTİ :
Səhiyyə nazirliyinə.
İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyinə,
Bir Qrup Şəki şəhər vətəndaşları tərəfindən

Ə R İ Z Ə

Bildirmək istəyirəm ki, bir müddət əvvəl Şəki mərkəzi xəstəxanasında labarant həkim işləmiş həkim kimi fəaliyyəti qeyri qənaətbəxş olan bir labarant həkim İsmayılova Sevinc Kərim qızı bu gün layiq olmadığı Şəki mərkəzi xəstəxanasında labaratoriya şöbəsinin rəisi təyin olunub, bu nəinki biz vətəndaşları hətda bildiyimizə, eşitdiyimizə görə bir çox həkimlərə qarşı ziddiyətli mövqe tutmaqla, hətda bir çox vaxtlarda təhqir ediçi sözlər işlətməklə məşğuldur.

Nəzərinizə çatdırmaq istəyirik ki, hətda labarant həkimlərin bu çox yüksək vəzifəyə təyin olunan kimi otağın əllərindən alaraq özünə xidməti otaq düzəldir, bu həkim vəzifəyə təyin olunub ki, vətəndaşlara qayğı göstərə yoxsa öz kreslosun bərkidə, rahatlıq axtara bu kimi həkim hesab edirik ki, nəinki bu vəzifəyə hətda həkim olmağa layiq deyil.

Qeyd etmək istəyirik ki, bu həkimin xüsusən keçmiş bu günə kimi fəaliyyəti araşdırılmalıdır, belə ki, araşdırılsa görəcəksiniz ki, həqiqətən bu özünü Şəki mərkəzi xəstəxanasında xazeyin hesab edən, biri bu vəzifəyə tamamilə layiq deyil. Belə ki, özünü rayon vətəndaşlarından, həkimlərdən üstün hesab edən, layiq olmadığı vəzifəyə təyin olunan kimi kreslo qovalıyan, kreslo davası, otaq davası edən biri bizlərə lazım deyil,

Bunu da əsasən qeyd etmək istəyirik ki, dövlət aparatından istifadə etməyərək şəxsi aparatını qoyub özəl klinika kimi fəaliyyət göstərməklə vətəndaşlardan ödəniş tələb edir. Bildiyimizə görə rəhbərlik onun xəstəxanadan çıxarılmasın dəfələrlə tələb etsədə hələdə Baş həkimin tapşırığı icra edilməyərək qalmaqdadır, bununla belə hələ bir vəzifəyə də təyin olunur.

Hörmətli cənab Prezident İlham Əliyevin çıxışlarına baxsın onun çıxışlarından nəticə çıxarsın ki, vətəndaşlara xidmət etmək lazımdır, vəzifəyə gələn kimi kreslo və otaq davası etmək lazım deyil. Lakin buna baxmayaraq həkim İsmayılova Sevinc Kərim qızı həqiqətən bu vəzifəyə layiq olmadığı üçün öz bildiyin edir.

Sonda bir daha nəzərinizə çatdırmaq istəyirik ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi çox savadlı, bacarıqlı, insanpərvər bir həkimdir, lakin tutduğu vəzifəyə layiq olmayan həkim İsmayılova Sevinc Kərim qızı bu vəzifədən kənarlaşdırılması barədə ciddi tədbir görülsün.

Şərhlər

XƏBƏR LENTİ