SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Yevlaxda əhaliyə qarşı edilən haqsızlıqlarla bağlı ölkə başçısına- ŞİKAYƏT

Yevlaxda əhaliyə qarşı edilən haqsızlıqlarla bağlı ölkə başçısına- ŞİKAYƏT

Tarix:

4-03-2020, 13:11

/ 6 653 dəfə oxundu.
Yevlaxda əhaliyə qarşı edilən haqsızlıqlarla bağlı ölkə başçısına- ŞİKAYƏT

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Mehriban Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Baş Prakuroru cənab

Zakir Qaralova

Surəti: Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab

Mikayıl Cabbarova

Surəti: Azərbaycan Respublikasının Maliyyə naziri cənab

Samir Şərifova

Yevlax rayon sakinləri Əliyev Rafiq Mobil oğlu, Səmədov Elvin Mahir oğlu, Seyidova Samirə Əli qızı, Səfərova Cəmilə Yaqub qızı, Bayramova Arzu Nadir qızı, İsayeva Əfsanə Sabir qızı, Məmmədova Xuraman Əhməd qızı, Əliyeva Nəsibə Saleh qızı, Nəsibov Fazil Yasin oğlu və Məmmədov Bəhlul Habil oğlu tərəflərindən vətəndaş hüquqlarının rayon rəhbərliyi, Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Məmmədova Elnarə Qərib qızı, Yevlax şəhər Bələdiyyəsinin sədr müavini Qaziyev Elçin, İcra Hakimiyyətinin baş Memarı Əhmədov Xalid, Məmmədov Anar, və Deputat İlham Məmmədov tərəfindən kobud surətdə tapdalanmasının araşdırılıb və qəti tədbir görülməsi tələbinə dair

ŞİKAYƏT ƏRİZƏSİ

Hörmətli cənab Prezident və nazirlər yazıb sizə bildiririk ki, illərdir Yevlax rayon icra hakimiyyəti tərəfindən əhaliyə qarşı çox böyük haqsızlıqlar edilir. Belə ki, yerli özünü idarəetmə orqanı Yevlax şəhər bələdiyyəsini öz şəxsi obyektlərinə çeviriblər. müdiridir. Bu harınlamış şöbə müdirləri maliyyə hesabatlarından istifadə edərək bələdiyyə büdcəsinin və idarə təşkilatların büdcələrinin soyub-talamaqla məşğuldurlar.

Məsəl üçün Yevlax bələdiyyəsinin büdcəsində olan 23858 manat seçki qabağı sirli şəkildə yoxa çıxmış yeni seçilən bələdiyyə sədrindən bu pulun silinməsi tələb edilmiş o isə onlarla razılaşmadıqda onun bələdiyyə sədri fəaliyyət göstərməsinə imkan verilməmişdir. Elə məmurlar var ki, ölkə qanunlarına əhəmiyyət vermədən öz "qanunlarını”həyəta keçirirlər Yevlax şəhər Bələdiyyəsinin sədr müavini Qazıyev Elçin, 48 saylı seçki dairəsinin sədri Abbasov Yaşar, Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Məmmədova Elnarə Qərib qızı və Makler Deputat İlham Məmmədov ən gözəl nümunədirlər. Bu şəxslər rayonda digər məhsul şəxslərlə əlbir olaraq saxta sənədlərlə büdcə vsaitlərinin talanması və digər qanuna sığmayan hərəkətləri eyni zamanda Bakıda və rayonda sahib olduqları əmlaklar bilinən faktlardır. Onların Yevlaxda olan bütün dövlət layihələrində maliyyə maxnasiyalarını ustalıqla həyata keçirirlər. Adlarını çəkdiyimiz bu dövlət məmurları, Dövlətimizə xəyanətkarlar rayonu çapıb-talamaq hesabına rayonda villa Bakıda evlər və obyektlər, avtomobilləri daşıdıqları vəzifə ilə aldıqları 600-700 manat maaşla heç cür uyğun gəlmir. Bütün bu faktlar Yevlax rayon İcra Hakimiyyəti başçısı Anar Tağıyevin Gözü qarşısında və himayədarlığı ilə həyata keçirilir. Bu səbəbdən korrupsiyaya qurşanmış Yevlax rayon İcra Hakimiyyətinin məsul işçilərinin himayədarlığı ilə əhaliyə məxsus asudə örüş sahələri su tutarları, parklar və idman meydançaları bir qrup himayəli şəxslər tərəfindən tamamilə zəbt edilib, suvarılması həyəta keçirilən örüş sahələri ucbatından əhali üçün nəzərdə tutulan suvarma və içməli su illərdir su görməyən şoran örüş torpaqlarına axıdılır. Bu səbəbdən indiyə qədər əhali onlara verilmiş pay torpağını suvara bilməmiş əhali və mal-qara üçün nəzərdə tutulmuş içməli su bir qrup imkanlı şəxslərin varlanması üçün istifadə edilmişdir. Bu barədə şəhər və kənd əhalisi tərəfindən kollektiv şəkildə yuxarı təşkilatlara müraciət edilmişdir. Əfsuslar olsun ki, müraciətdə göstərilən faktların hamısı öz təsdiqini tapsa da bu faktlar rayon rəhbərliyinin tapşırığı ilə ört-bastır edilmişdir.​

Hörmətli cənab prezident, Yevlax rayon rəhbərliyi, Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Məmmədova Elnarə Qərib qızı, Yevlax şəhər bələdiyyəsinin sədr müavini Qazıyev Elçin, Yevlaxın Makler Deputatı İlham Məmmədov ​ illərdir Yevlaxı soyub-talayırlar. Azərbaycanda gedən geniş quruculuq işlərində Yevlaxa ayrılmış vəsaitin şəhər bələdiyyəsi, Təhsil şöbəsi Və Yevlax rayon YAP təşkilatının sədri Makler İlham Məmmədov tərəfindən ayrılan vəsait bu xəyənətkar məmurların fəaliyyəti nəticəsində mənimsənilmiş, nəticə olaraq Yevlax şəhəri inkişafdan geri qalmışdır.

Hörmətli cənab prezident, yazdıqlarımız bütün bu faktlar işin qısa təfsilatıdır. Bu faktlarla bağlı tədbir görəcəyinizi ümid edirik.

Şərhlər

XƏBƏR LENTİ