Göyçayda Peşə Liseyinin direktoru Qabil Zeynalov şagirdlərin təqaüd pullarını mənimsəyir
xalqxeber.az xəbər verir ki, Göyçay şəhərində Peşə Liseyinin direktoru Qabil Zeynalov şagirdlərin təqaüd pullarını mənimsəyir. Bu barədə redaksiyamıza adlarının hallanmasını istəməyən peşə liseyinin şagirdləri müraciət edib.
Şagirdlər müraciətində direktor Qabil Zeynalovun hərəkətlərindən təngə gəldiklərini bildiriblər.
Şagirdlərin müraciətini olduğu kimi oxucularımıza təqdim edirik:
"Göyçay Peşə Liseyinin direktoru və eyni zamanda Riyaziyyat müəllimi Qabil Zeynalov bizə dərs keçmir, lakin aldığımız 38 manat təqaüdü hesablamağı yaxşı bilir. Təqaüdlərimiz gələn vaxt bizə hədə-qorxu gəlir və təqaüdlərimizi mənimsəyir. Əgər həmin pul ona çatmasa başlayır şagirdləri və müəllimləri təhqir etməyə, əsəbini şagirdlərdən, müəllimlərdən çıxır.”
Qeyd edək ki, adı çəkilən təhsil ocağında şagirdlərin çox hissəsi aztəminatlı ailələrin uşaqlarıdır.
P.S. Qarşı tərəfin münasibətini işıqlandırmağa hazırıq.
İnterpress.az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...