SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » SOS Uşaq Kəndləri Gəncə filialındakı dəhşətlərin YENİ DETALLARI: “Deyirdilər, səni tutduracağıq” – FOTO

SOS Uşaq Kəndləri Gəncə filialındakı dəhşətlərin YENİ DETALLARI: “Deyirdilər, səni tutduracağıq” – FOTO

Tarix:

22-02-2020, 16:30

/ 2 059 dəfə oxundu.
SOS Uşaq Kəndləri Gəncə filialındakı dəhşətlərin YENİ DETALLARI: “Deyirdilər, səni tutduracağıq” – FOTO

“Həqiqətən, bilmirdim ki, qızımın başına nələr gəlib, o şəkil məsələsi nədir…”

“Anama deyiblər ki, SOS bağlanır, məni “detdom”a verəcəklər, o da qorxudan gəlib məni götürüb apardı”.

Gəncə SOS Uşaq Kəndində baş verənlərlə bağlı araşdırmaları davam etdiririk.

Bundan əvvəlki yazılarda Gəncə SOS Uşaq Kəndində yaranmış dözülməz vəziyyəti diqqətinizə çatdırmışdıq.

İlk yazıdan sonra SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının yaydığı bəyanatda baş verənlərlə əlaqədar təhqiqata başlandığı bildirilmişdi. Həmin bəyanatın verilməsindən 2 aydan artıq vaxt keçməsinə baxmayaraq, ictimaiyyət bu təhqiqatın gedişi və nəticələri barəsində hələ də məlumatlandırılmayıb. Bu vəziyyət adıçəkilən qurumun belə bir təhqiqat aparıb-aparmadığını da sual altına salır. Hər halda, SOS Uşaq Kəndlərinin Milli direktoru Rəşad Hüseynov bu məsələyə aydınlıq gətirməlidir.

Xatırladaq ki, ilk yazıda Gəncə SOS Uşaq Kəndində yaşayan uşaqların SOS Uşaq Kəndinin Gəncə filialının müdiri Nəsimi Ələkbərlinin maşınını yumağa məcbur edildiyi də qeyd olunmuşdu. Hətta bu faktı təsdiqləyən fotoşəkil də yayımlanmışdı.

yenicag.az
SOS Uşaq Kəndləri Gəncə filialındakı dəhşətlərin YENİ DETALLARI: “Deyirdilər, səni tutduracağıq” – FOTO

Şərhlər

XƏBƏR LENTİ