XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Seçkilərlə bağlı Prezidentə daha bir MÜRACİƏT: - Nəticələr və DSK ləğv edilsin...

Seçkilərlə bağlı Prezidentə daha bir MÜRACİƏT: - Nəticələr və DSK ləğv edilsin...

Seçkilərlə bağlı Prezidentə daha bir MÜRACİƏT: - Nəticələr və DSK ləğv edilsin...
12-02-2020, 17:29

47 saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizəd İbrahim Salamov Prezident İlham Əliyevə, Mərkəzi Seçki Komissiyasnın sədri Məzahir Pənahova və Baş Prokuror Zakir Qaralova müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prezident! 9 fevral tarixində 47 saylı Mingəçevir Seçki Dairəsində baş verən özbaşınalıqları, qanun pozunularını sübuta yetirən video və fotofaktlarla bütün ölkə ictimaiyyətinin tanış olduğunu nəzərinizə çatdıraraq Sizdən bu dairədəki nəticələrin ləğv olunmasını, seçkiləri saxtalaşdıranların cəzalandırılmasını xahiş edirəm".

Qeyd edək ki, müraciət müəllifi eyni zamanda MSK sədrindən 47 saylı Mingəçevir DSK-nın və bu DSK-ya aid MnSK-ların da ləğvini tələb edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.