SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “Zərərli vərdişlərə yox, sağlam həyat tərzinə hə deyirik” mövzusunda şagirdlərlə maarifləndirici görüş - Bərdədə

“Zərərli vərdişlərə yox, sağlam həyat tərzinə hə deyirik” mövzusunda şagirdlərlə maarifləndirici görüş - Bərdədə

Tarix:

11-04-2017, 16:32

/ 60 015 dəfə oxundu.
“Zərərli vərdişlərə yox, sağlam həyat tərzinə hə deyirik” mövzusunda şagirdlərlə maarifləndirici görüş - Bərdədə

11 aprel 2017-ci il tarixdə şəhid Alı adına şəhər 5№li tam orta məktəbdə Bərdə rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə gənclərə narkomaniyanın törətdiyi fəsadların çatdırılması və ona qarşı mübarizənin gücləndirilməsi məqsədilə profilaktiki tədbir olaraq “Zərərli vərdişlərə yox, sağlam həyat tərzinə hə deyirik” mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirilmişdir.

xalqxeber.az xəbər verir ki, tədbiri giriş sözü ilə məktəbin direktoru Teymur Həmidov açaraq qonaqları təqdim etdi və mövzu ilə bağlı məlumat verdi. Sonra o, ölkəmizdə gəncliyə göstərilən diqqət və qayğıdan söz açdı, məktəb kollektivinin rayonda gedən ictimai-siyasi proseslərdə, o cümlədən şagirdlərin rayonda keçirilən gənclər və idman tədbirlərində fəal iştirakından və əldə edilən nailiyyətlərdən danışdı.

Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək narkomaniyanın insanlara, xüsusilə gənc nəslə vurduğu zərərdən, narkomaniya ilə mübarizənin ölkə rəhbərliyinin daima diqqət mərkəzində olduğunu, bununla bağlı Dövlət Proqramlarının təsdiq edilərək həyata keçirildiyini, yeniyetmə və gənclərlə keçirilən maarifləndirici görüşlərin Dövlət Proqramından irəli gələn vəzifələrdən biri olduğundan, Gənclər və İdman İdarəsinin əlaqədar təşkilatlarla birgə bu sahədə gördüyü işlərdən və keçirilən tədbirlərdən danışaraq qeyd etdi ki, bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətimiz də fəal iştirak etməlidir.

Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi A.Qasımov cəmiyyətin sağlam inkişafına, mənəviyyatına, onun genefondu olan gəncliyinə ağır zərbə vuran narkomaniya ilə mübarizə tədbirlərindən, ölkəmizin Beynəlxalq sazişlərə qoşulmasından, qanunsuz dövriyyədə olan narkotiklərin aşkar edilməsindən, narkotiklərin qəbulunun insan orqanizmi üçün zərərli nəticələrindən bu ümumbəşəri bəlanın mənəviyyatımıza zidd olduğundan və belə hallara qarşı ölkəmizdə, eləcədə rayonumuzda aparılan profilaltiki tədbirlərdən danışdı. Müstəqil Azərbaycan dövlətinin gələcəyi olan gənclərimizin hərtərəfli inkişaf etdirilməsi, onların sağlam düşüncəli, yüksək intellektual səviyyəli, əsl vətənpərvər kimi yetişməsi üçün ölkənin hər bir vətəndaşı, ziyalısı fəallıq göstərməlidir, ciddi problemə çevrilmiş narkomaniyanın qarşısının alınması üçün hər kəs öz qüvvə və bacarığını əsirgəməməlidir.

Sonda qonaqlar şagirdləri maraqlandıran suallara geniş və ətraflı cavablar verdilər.

Tədbirə məktəbin direktoru Teymur Həmidov yekun vuraraq yeniyetmə və gənclərin maarifləndirilməsinin vacibliyini bir daha qeyd etdi və kollektiv adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.
“Zərərli vərdişlərə yox, sağlam həyat tərzinə hə deyirik” mövzusunda şagirdlərlə maarifləndirici görüş - Bərdədə
“Zərərli vərdişlərə yox, sağlam həyat tərzinə hə deyirik” mövzusunda şagirdlərlə maarifləndirici görüş - Bərdədə
“Zərərli vərdişlərə yox, sağlam həyat tərzinə hə deyirik” mövzusunda şagirdlərlə maarifləndirici görüş - Bərdədə

Şərhlər

XƏBƏR LENTİ