112 saylı Qax DSK sədrindən ölkə başçısına qarşı sabotaj: - “Deputatı mən seçirəm, islahatlar məni maraqlandırmır”
- 3-02-2020, 10:40
- 811
Bundan başqa, 112 saylı Qax seçki dairəsinin sədri Abdukərim Əliyev bütün məntəqə sədrlərini bir yerə toplayaraq, açıq şəkildə bildirib ki, 9 Fevral günü “qutudan Azər Kərimlinin adı çıxmalıdır”. Bunu icra başçısı Musa Şəkiliyevin adından etdiyini deyən DSK sədrinə bəzi məntəqə sədrləri etiraz edib və bu hərəkətin ölkə başçısı İlham Əliyevin son islahatlarına zidd olduğunu bildirib. Həmin məntəqə sədrlərinə kobud cavab verən DSK sədri Abdukərim Əliyev ölkə başçısını saymadığını və seçkini öz bildiyi kimi keçirəcəyini deyib.