SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Taleh Qaraşovun seçki təlaşı... - Bu adamlar durdurulmayacaqmı?

Taleh Qaraşovun seçki təlaşı... - Bu adamlar durdurulmayacaqmı?

Tarix:

31-01-2020, 09:55

/ 1 182 dəfə oxundu.
Taleh Qaraşovun seçki təlaşı... - Bu adamlar durdurulmayacaqmı?

74 saylı Lənkəran kənd seçki dairəsindən bitərəf namizəd Nəsrulla Məmmədov problemlərlə üzləşdiyini deyir.

Bu barədə o, Toplum TV-yə deyib.

Namizəd deyib ki, görüşlərə bələdiyyə, icra nümayəndələri mane olurlar: "Biz görüşlərimizi sanki "Partizan Hərəkatı” stilində aparırıq. Bu dairəyə aid olan 31 kənddə görüşümü keçirmişəm. Sanki partizan kimi gedirik o kəndə, əvvəlcədən dost-tanışdan görüşə gəlmələri üçün xahiş edirik ki, camaat bir yerə toplana bilsin. 5 dəqiqə görüşən kimi gəlib müdaxilə edirlər, burada görüşün qadağan olduğunu bildirirlər”.

N.Məmmədov deyir ki, 31 kəndi, 40 min seçicini birləşdirən bir ərazidə yalnız "Royal” Şadlıq Sarayı 12 namizədin görüş keçirməsi üçün təyin olunub: "Belə çıxır ki, camaat dağın başından durub seçicinin qəbuluna gəlməlidir. Halbuki namizəd özü gətməlidir seçicinin ayağına. Onlar isə elə şərait yaradırlar ki, cəmiyyətlə görüş alınmasın”.

Namizədin sözlərinə görə, geri çəkilməsi üçün digər namizəd, keçmiş deputat Hadı Rəcəblinin adamları ona təzyiq göstərir: "Hadı Rəcəblinin 4-5 adamı mənə zəng vurub, yanıma gəlib. Demişəm ki, geri çəkilməyəcəyəm və bu işin sonuna qədər gedəcəyəm. Mənim Kosalar kəndində, Narbağı kəndində şəklim olan plakatlarım cırılıb”.

Nəsrulla Məmmədov hesab edir ki, Hadı Rəcəbli və icra, bələdiyyə nümayəndələri bir yerdə, kompleks şəkildə bu məsələ ilə məşğuldurlar: "Burada məndən başqa narazı olan namizədlər də var. Konkret ad çəkmək istəmirəm. Bir çox adamla görüşmüşük, təxminən eyni problemlərlə üzləşirlər. Onlara da cəmiyyətin içinə çıxmağa, görüşə qadağa qoyulur. Hadı Rəcəbli özü cəmiyyətin içinə çıxa bilmədiyi üçün digər namizədlərə belə problemlər yaradır”.

74 saylı Dairə Seçki Komissiyasından Toplum TV-yə bildirilib ki, namizədin DSK-ya heç bir iradı ola bilməz: "Nəsrulla Məmmədovu çox yaxşı tanıyırıq. Məsələ onun dediyi kimi deyil. Təyin olunan şadlıq sarayı görüşləri keçirmək üçün kifayətdir. 11 namizəddən bir neçəsi görüş keçirmir, digər namizədlər isə qabaqcadan danışıb gəlib burada görüş keçirə bilər. Nəsrulla Məmmədovun şikayəti yalnız icra hakimiyyəti orqanına olmalıdır. Yəni Seçki Məcəlləsində birmənalı göstərilir, əgər seçici yerləri namizəd kimi səni qane etmirsə, ixtiyarın var ki, başqa yerlərin açılması üçün müraciət edəsən. Nəsrulla müəllim Seçki Məcəlləsini bilmir. Ona görə belə halla qarşılaşır”.

Lənkəran İcra Hakimiyyətindən Toplum TV-yə deyilib ki, belə hal baş verməyib: "Nəsrulla Məmmədov heç bir yerdə görüş keçirməyib. Görüş keçirmək üçün açıq və qapalı yerlər icra hakimiyyəti tərəfindən ayrılır. Bütün namizədlər və həmçinin Nəsrulla Məmmədova eyni, bərabər imkanlar yaradılır. Açıq və qapalı yerlərdə görüşlər üçün müraciət etmək lazımdır. Özü də yaxşı bilir ki, görüşləri keçirmək üçün DSK-ya müraciət etmək lazımdır. Konkret bizə fakt versin ki, hara gedib və kimsə gəlib maneçilik törədib. Bizə, DSK-ya və polisə rəsmi müraciət etsin, biz də araşdırıb bilək ki, kim maneçilik törədib. Bizə belə bir məlumat daxil olmayıb”.

9 fevral 2020-ci ildə növbədənkənar Parlament seçkiləri keçiriləcək.

Şərhlər

XƏBƏR LENTİ