Rəşad Camalovun seçicilərlə görüşləri davam edir (FOTO)
Milli Məclisə seçkilərdə 46 saylı Şirvan seçki dairəsindən deputatlığa qeydə alınmış namizəd Rəşad Camalovun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.
Xalqxeber.az-ın məlumatına əsasən, Şirvan şəhər Hacı Qəhrəmanlı qəsəbəsində seçicilərlə görüşdə Rəşad Camalov Respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifahının yaxşılaşdırılmasından və bu sahələrdə əldə olunan uğurlar haqqında danışıb. O, özü haqqında məlumat verib, millət vəkili seçiləcəyi təqdirdə, seçicilərin və bütün şirvanlıların etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. O, seçicilər tərəfindən səsləndirilən təklif və müraciətləri dinləyib. Seçicilərin qaldırıqları məsələlərin həll edilməsi məqsədi ilə qeydiyyatı aparılıb.
Görüşdə iştirak edən Hacı Qəhrəmanlı qəsəbəsinin ağsaqqalları çıxışlarında Rəşad Camalovun Şirvan şəhər sakinlərinin etimadını hər zaman doğrultdacağını və üzərinə düşün işin öhdəsindən layiqincə gələcəyinə ümid etdiklərini qeyd ediblər.
Rəşad Camalov hər kəsi 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Sonda seçicilər yekdilliklə namizəd Rəşad Camalova səs verəcəklərini bildiriblər.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək