İcra başçısı müxalif partiyanın sədrini deputat etmək istəyir (İDDİA)
79 saylı İmişli seçki dairəsində icra hakimiyyətinin namizədlərdən birinin xeyrinə seçkiyə müdaxilə etdiyi bildirilir.
AzToday.az xəbər verir ki, "Facebook”dakı İmişli adlı səhifədə bu barədə məlumat paylaşılıb. Məlumatda iddia olunur ki, İmişli rayon icra başçısı Vilyam Hacıyev "AXCP” sədri Razi Nurullayevin deputat olması üçün inzibati resursları işə salıb. Belə ki, yanvarın 25-də Imişli icra hakimiyyəti başçısı Vilyam Hacıyev yalnız 79 saylı seçki dairəsinə aid olan 29 kənd icra numayəndəsi və güc strukturlarını, o cümlədən təhsil şöbəsinin müdirini icra hakimiyyətinə çağıraraq qeyri-rəsmi toplantı keçirib. Bundan 2 saat sonra Razi Nurullayev icra hakimiyyətinə dəvət olunub.
Bildirilir ki, yerli səviyyədə kənd icra nümayəndələrinə sakitçiliklə seçkini Razinin xeyrinə saxtalaşdırılmasına kömək tapşırığı verilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək