Tovuzda cırılmış bayraq dalğalanır - İcra başçısından laqeyd münasibət/ FOTOLAR
Tovuz rayonunda Azərbaycan bayrağına qarşı hörmətsizlik nümayiş etdirilir.
Bu barədə rayon sakinləri məlumat verib. Bildirilib ki, rayonun Bayraq Meydanı adlanan ərazisində dalğalanan üçrəngli bayrağın bir hissəsi 3 gündür, cırılıb. Lakin rayonun icra hakimiyyətinin əməkdaşları bayraqla bağlı bir tədbir görmək haqqında fikirləşmir: "Hər gün buradan keçirlər. Amma heç biri başını qaldırıb bayrağa baxmır. Ya da baxırlar, veclərinə deyil. Bayraq necəsə olub, cırılıb və elə o formada da dalğalanır. Dövlət rəmzinə qarşı bu nə hörmətsizlikdir? Biz bu məsələni işıqlandırmasaq, inanın ki, bəlkə elə 1 il də orada bu formada qalacaq”.
Qeyd edək ki, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovdur. O, 10 ildir ki, Tovuz rayonunun icra başçısıdır.
Onu da bildirək ki, bu, T. Zeynalovun bayrağa qarşı diqqətsizliyi ilə bağlı ilk hal deyil. Belə ki, mətbuatda onun pis vəziyyətdə olan Bayraq Meydanına qarşı laqeyd münasibət sərgilədiyi, büdcədən 1,5 milyon pul ayrılmasına rəğmən, rayonda abadlaşdırma işləri aparmadığına dair məlumatlar yer almışdı.
Sakinlər bayrağın fotolarını da redaksiyamıza göndərib. Həmin şəkilləri təqdim edirik:

Bakı Post

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək