SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Sabirabadda BİABIRÇI MƏNZƏRƏ... - VİDEO

Sabirabadda BİABIRÇI MƏNZƏRƏ... - VİDEO

Tarix:

24-12-2019, 15:48

/ 995 dəfə oxundu.
Sabirabadda BİABIRÇI MƏNZƏRƏ... - VİDEO

Sabirabad rayon Həsənli kəndindən bir qrup vətəndaş Gundeminfo.az-a müraciət edib. Sakinlər kəndin girişindəki, Surra və Balvar kəndinə gedən yolun bərbda halda olmasından şikayətçidirlər.

Yol üzərində yaşayan sakinlər illərdir ki, yolun təmir edilməməsindən şikayət edirlər. Alternativ asfalt yol çəkilsə də yeni yol Həsənli kəndinin içindən keçir. Lakin Balvar və Surra kəndlərinin diğər bənd yolu üzərində yaşayan insanları bərbad yoldan istifadə etmək məcburiyyətində qalıblar.

Bundan başqa sakinlər bildirir ki, bənd yolu üzərindəki dayanacaq da illərdir baxımsız haldadır. İki kəndin sakinlərinin istifadə olunan dayanacaq təmir olunmur. Yararsız haldadır və əlaqədar qurumlar da məsuliyyəti bir-biriniun üstünə atmaqla kifayətlənir. Mövzu ilə bağlı hadisə yerindən hazırlanan videonu təqdim edirik:
Sabirabadın bu kəndindən yüzlərlə insanın müraciətinə baxılmır -
Əlaqədar qurumların da mövqeyini dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ