SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qazaxda məmur əxlaqsızlığı yüksələn xətlə “inkişaf” edir

Qazaxda məmur əxlaqsızlığı yüksələn xətlə “inkişaf” edir

Tarix:

7-04-2017, 15:35

/ 107 858 dəfə oxundu.
Qazaxda məmur əxlaqsızlığı yüksələn xətlə “inkişaf” edir

Hər zaman olduğu kimi Qazax rayonundan saytımızın ünvanına şikayət məktubu gəlməkdə davam edir. Görünür, burada insanların dərdini dinləyən, kədərinə şərik olan, haqqın yanında olub nahaqqa dirəniş göstərən məmur qıtlığı var. Bu səbəbdən insanlarımız ümid yeri kimi mətbuata üz tutur. Əlbəttə, biz də həmyerlilərimizin çağırışına cavab verməyi özümüzə vicdan borcu hesab edirik. Bu səbəbdən bizə üz tutan hər bir insanımızın dərdini ictimailəşdirməyə və beləcə əyalətdə oturan bəzi məmurların yatmış vicdanını oyatmağa çalışırıq.
Bu günlərdə redaksiyamıza Qazaxdan daha bir şikayət məktubu daxil olub. Adının çəkilməsini istəməyən xanım şikayətçi Qazax rayon Məhkəməsinə öz hüquqlarının müdafiəsini təmin etmək üçün müraciət edən bəzi çarəsiz xanımlara Qazax rayon Məhkəməsinin hakimi Qurban Abbasov tərəfindən Məhkəmədə iclas katibi vəzifəsində işləyən əslən Qazağın Çaylı kəndindən və Qurban Abbasovun yaxın adamı sayılan(Əvvəllər Qurban Abbasovun köməkçisi vəzifəsində işləmiş) Mehman Hüseynov vasitəsilə əxlaqsız təkliflər edilir. Şikayət məktubunda qeyd olunur ki,hakim Qurban Abbasov Qazaxda Çinardibi deyilən əraziyə yaxın Ə Şıxlınski küçəsində sosial təyinatlı 4 mərtəbə binanın 3-cü mərtəbəsində kirayə yaşayır və yuxarıda adını qeyd etdiyimiz Mehman Hüseynovun vasitəçiliyi ilə mütəmadi olaraq həmin evdə əxlaqsız əməllərlə məşğul olur.Bu deyilənlər araşdırmaq üçün Qurban Abbasovun yaşadığı ərazinin yaxınlığında bir neçə sakinlə həmsöhbət olduq. Söhbətimiz nəticəsində məlum oldu ki, Qurban Abbasovun ailəsi Bakı şəhərində, özü isə xidməti vəzifəsi ilə əlaqədar olaraq yuxarıda qeyd etdiyimiz ünvanda kirayədə tək yaşayır. Qonşu sakinlərdən bəzilərinin dediyinə görə Qurban müəllimin yaşadığı kirayə evə bir neçə dəfə gecə vaxtı yad qadınların gəldiyini də müşahidə ediblər. Hətta adının çəkilməsini istəməyən ziyalı qonşulardan biri bir 65 yaşlı məhkəmə hakiminin belə əməllərinə çox təəssüf etdiyini bildirdi. Həmin şəxs eyni zamanda onu da bildirdi ki, çarəsiz qalaraq öz hüquqlarının müdafiəsi üçün məhkəməyə üz tutan qadınların öz hüquqlarının müdafiəsinin qarşılğını belə əxlaqsız və ağır şərtlərlə ödəməsi çox utancverici bir haldır. 65 yaşılı el arasında ağsaqqal sayılan Qurban müəllim bir hüquq müdafiəçisi olaraq bütün gənclərə və yaşadğı yaxın ərazinin insanlarına örnək olmaq əvəzinə belə əməllərdə suçlanır. Görünür Qurban müəllim Azərbaycan Respublikasında Məhkəmələrin “Əxlaq Kodeksi “ haqqında Qanunu da unudub.
Qazaxda haqqında söz-söhbət dolaşan məmurlardan biri də qazax rayon Məşğulluq Mərkəzinin müdiri Elçin Nəsibovdur. Vətəndaşlar xüsusi olaraq vurğuladılar ki, Elçin Nəsibov iş üçün Məşğulluq Mərkəzinə müraciət edən bir inanclı xanıma əxlaqsız təklif edib. Təklifinə müsbət cavab verəcəyi halda onu işlə təmin edəcəyini vəd edib. Bu barədə məlumatı həmin xanımın özü yayıb. Haqqında söhbət gedən xanımın kimliyi bizə dəqiq bəli olsa da etik baxımından doğru olmadığı üçün adını açıqlamırıq.
Qazax rayonunda baş verən ağlasığmaz olaylar və məmur qudurğanlığı haqqında dəfələrlə yazmışıq. Lakin hələ də ortada ciddi nəticə yoxdur. Düşünürük ki, əlaqədar qurumlar bu məsələ üzərində ciddi dayanmalıdırlar. Çox ciddi araşdırma aparmalı, yerli məmurların özbaşınalığının qarşısını almalıdırlar. Əks halda yerli məmurların sərgilədiyi bu kimi qeyri-etik və əxlaqsız əməllərin sayı və miqyası yüksələn xətt üzrə “inkişaf” edə bilər. Biz mətbuat olaraq üzərimizə düşəni vicdanla yerinə yetirməyə çalışdıq. Baş verənləri geniş oxucu kütləsinə çatdırıb, ən azından ictimai qınağa nail olmaq və az da olsa bu kimi halların qarşısını almağa çalışdıq. Əlbəttə ki, ciddi nəticələrin olmaması bizi ruhdan salmır. Biz neqativ hallardan, məmur özbaşınalığından, süründürməçilikdən daim yazmışıq. Bu kimi halları qətiyyətlə pisləmişik və hər zaman da pisləməkdə davam edəcəyik. Millətimizin və xalqımızın arzuladığı nizamlı cəmiyyət formalaşana qədər də ruhdan düşmədən mübarizə aparacağıq.

P.S. İttiham olunan, haqlarında əxlaqsızlıq etmələri ilə bağlı iddia qaldırılan şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Şərhlər

XƏBƏR LENTİ