SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İntihara səbəbdə suçlanan Laçın icra başçısının boynu “kötük”də- Prezident onu saxlayacaqmı?

İntihara səbəbdə suçlanan Laçın icra başçısının boynu “kötük”də- Prezident onu saxlayacaqmı?

Tarix:

20-12-2019, 14:16

/ 1 656 dəfə oxundu.
İntihara səbəbdə suçlanan Laçın icra başçısının boynu “kötük”də- Prezident onu saxlayacaqmı?

Bu günlərdə adı ölüm işində keçən və işdən çıxarılmasının tam vaxtı yetişən məmur Laçın rayon icra başçısı Aqil Nəzərlidir. Onun fəaliyyəti çiban kimi elə partladı ki, keçmiş təhsil şöbəsi işçisi Müqabil Baxışov özünü asdı.

Mərhumun qardaşı Yusif Baxışov məlumat verib. Y.Baxışov iddia edib ki, qardaşı uzun müddətdir işləmək üçün müxtəlif strukturlara müraciət edib, həmçinin icra başçısını, eləcə də təhsil şöbəsini dəfələrlə sosial şəbəkələrdəki səhifələrdə tənqid edib.

“Ancaq qardaşım işə götürülmədi. Səbəb bu idi ki, son vaxtlar Laçın rayon icra başçısı Aqil Nəzərlini sosial şəbəkələrdə fəal şəkildə tənqid edirdi.

Qardaşım Aqil Nəzərlinin heç vaxt orduda xidmət etmədiyini və saxta diploma sahib olduğunu yazırdı”, -Yusif Baxışov deyib.

Qardaşının dediyinə görə, Müqabil Baxışov məktub yazaraq ona təhdidlər olduğu üçün intihar edəcəyini bildirib. Həmçinin məktubunda onun intiharına səbəb olanların cəzalandırılmasını istəyib. Y.Baxışov deyib ki, 7 qardaşdılar və ailələri təhlükədədir.

İntihar edən mərhumun digər qardaşı Ünsiyyət Baxışov feysbukda yazıb ki, Laçının icra başçısı Aqil Nəzərlinin atası Ağaxan 90-cı illərdə Yardımlı ərazisindən İrana keçərək narkotik alveri ilə məşğul olub.

Qaynatası Vaqif Cabbarov düşmənlə işbirliyində ittiham edilərək vətənə xəyanət maddəsi ilə cəzalandırılıb. Aqil Nəzərli özü isə fəraridir, hərbi xidmət olmayıb. Bu bioqrafiya hər şeyi ifadə edir.

Bir müddət əvvəl isə icra başçısının zülmündən təngə gələn Laçının Vağazin kəndindən bir qrup köçkün sərhədi keçib erməni tərəfə təslim olmaq istəmişdi, polis qarşısını aldı. Digər bir Vağazin sakini aclıq keçirərək ağzını tikmişdi. Sonuncu partlayış isə Müqabilin intiharı oldu.

Bu qədər hadisələrdən sonra Aqil Nəzərlinin nəinki vəzifədə saxlanması mümkündür, onun istintaqa cəlb edilməsi belə istisna deyil. Əgər M.Baxışov intihar məktubunda ölümündə icra başçısının təzyiqlərini səbəb göstəribsə, deməli, ölüm işi araşdırılarkən icra başçısı istintaqa çağırılacaq, dindiriləcək.

Bütün bunlardan sonra prezidentin yeni komandasında belə məmura yer yoxdur və yaxın vaxtlarda Laçına yeni icra başçısı təyinatı gözləniləndir.
Laçın Rayon İcra Hakimiyyəti (RİH) intiharın məsuliyyətini üzərindən atmağa çalışsa da, ortada konkret ittiham dolu məktub və ölüm işi var.

Bundan sonra prezident çətin ki Aqil Nəzərli ilə işləmək istəsin. Onun vəzifəsindən azad olunacağı və əməllərinin təftişi gözlənilir. Bu işdə əsas dayağı Sumqayıtın icra başçısı Zakir Fərəcovun necə davranacağıdır.

Maraqlıdır, intihar edən M.Baxışov sağlığında nələr yazmışdı? Onlardan biri sizə təqdim edirik:

“Cənab Prezident, Aqil Nəzərlinin Laçına başçı təyin edilməsi ona görə Laçına qayıtmaq ümidlərimizi məhv etdi ki, onun yaxın qohumları, qayınatası Güləbirdli Vaqif, Qarabağ müharibəsi zamanı vətənə xəyanət etmişdir.

Çox təəssüf hissi ilə qeyd etməliyəm ki, Vaqif Cabbarovu keçmiş MTN-nin padvalından xilas edib, özünə ferma müdiri təyin etmiş məmur, Aqil Nəzərlinin Laçına başçı təyin olunmasınada nail ola bildi. Bunun nəticəsidir ki, Aqil Nəzərli Qarabağ qazilərinə, veteranlara qan udurur”.

“Cənab prezident, rayonu işğal altında olan bir icra başçısının acgözlüklə dövlətin sərvətlərinə qənim kəsilməsi məni sözün əsl mənasında bir azərbaycanlı olaraq çox utandırır. İnsan necə öz dövlətinə, xalqına qarşı bu qədər düşmənçiliklər edə bilər?!”

Bunları isə Laçının Vağazin kənd sakini Mürsəlzadə Əliağa Albəndə oğlu şikayət məktubunda belə yazmışdı. Onun sözlərinə görə, Laçının icra başçısı Aqil Nəzərli erməni “dəyirmanına su tökür”.

Laçın rayon icra başçısı Aqil Nəzərlinin göstərişi əsasında könüllü tutulmalar sırasında olan “Xeyriyyə Fondu”na tutulma məcburidir.

Laçın rayon idarə və müəssisələrində işləyən bütün fəhlələrin hər ay əmək haqqından məcburi olaraq 1% Laçın rayon "Xeyriyyə Fondu"nun bank hesabına ödənilir.

Və faktiki olaraq 10 minlərlə manat vəsait heç bir zaman da təyinatı üzrə istifadə edilməyib və mütəmadi olaraq Aqil Nəzərlinin yaxın adamlarının adlarına 500, 1000 manat yazılaraq həmin hesabdan pullar çıxarılır”.

Məcburi köçkün yazır ki, 2018-ci ilin dekabr, 2019-cu ilin yanvar aylarında Aqil Nəzərli yenə də öz adamlarının adlarına 500, 1000 manat civarında çox sayda adamın adına yazaraq "Xeyriyyə Fondu"nun vəsaitlərini çıxarıb:

“Və həmin adamlar pulları Aqil Nəzərlinin qardaşı Müqabil Nəzərliyə təhvil verərək qarşılığında 15-20 manat zəhmət haqqı alıblar.

Digər bir korrupsiya faktı isə Laçın rayon Mişni, Qarıqışlaq və Vağazin kəndinin Qarağac obasında birinin smeta dəyəri 8 000 manat dəyərində olan 3 ədəd su quyusunun qazılması üçün quyunun hər birinə 85 000 manat ayrılmış və ümumilikdə 231 000 manat vəsait Aqil Nəzərli tərəfindən mənimsənilib. Cənab prezident, düşmən ocaq başında əyləşib”.

A.Nəzərli Laçın RİH başçısı olduğu dövrdən talanla məşğuldur. Onun adı müxtəlif korrupsiya, maxinasiyalarda hallanır, əhali narazılıq edir, insanları incidir, köçkünlərlə maraqlanmır.

Bu günlərdə Laçın sakinin Həsənzadə Şamil Əsəd oğlu tərəfindən prezidentə müraciətdə dəhşətli faktların üstü açılmışdı.

Sitat: “2017-ci ildə ailəmizin vəziyyətinin ağır olması və özümündə işə yararlı olduğum üçün Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin qəbulunda oldum.

Ailə vəziyyətimizin ağır olduğunu üçün kömək məqsədiylə mənim işlə təmin olunmağımı xahiş etdim.

Aqil Nəzərli işlə təmin olunmağım üçün qardaşı Müqabil Nəzərliylə görüşüb mənə bu barədə köməklik etməsini deməyimi bildirdi.

Mən də Müqabil Nəzərlinin “Laçın petrol”dakı ofisinə getdim və Müqabil Nəzərliylə görüşdüm, Aqil Nəzərlinin göndərdiyini dedim.

Müqabil Nəzərli də mənə fermalarında işləməyimi dedi. Mən də bildirdim ki, mən nökərçilik etməyə deyil, dövlət tərəfindən yaranmış idarələrin birində fəhlə işlə təmin olunmağıma köməklik et.

Müqabil Nəzərli mənə bildirdi ki, idarə müəsisələrdə işə düzəlmək üçün şirinlik verməlisən. Mən də işə düzəldikdən sonra ilk maaşımla şirinlik üçün marketlərindən şokolad - konfet alıb, imkansız uşaqlara paylayacağımı bildirdim.

Müqabil Nəzərli bunu eşidəcək mənə bildirdi ki, özünü bilməməzliyə vurma nə konfeti, şirinlik üçün 900 (doqquz yüz) manat verməlisən.

Bildirdim ki, imkanım olsaydı niyə iş istəyirəm ki, elə özüm birtəhər dolanaram. Müqabil Nəzərli bunu eşidib məni ofisindən qovdu”.

Göründüyü kimi, icra başçısından bir köçkün və ya intihar edən bir adam yox, bütün laçınlılar narazıdır.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ