XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Görəvində çox qala bilməyəcək... - İDDİA

Görəvində çox qala bilməyəcək... - İDDİA

Görəvində çox qala bilməyəcək... - İDDİA
13-12-2019, 16:11

Qarşıdan gələn parlament seçkiləri ərəfəsində bir neçə rayonun rəhbərinin dəyişdiriləcəyini xəbər vermişdik. Artq bu yöndə addımlar atılıb. Son qərarlarla hər kəs tanışdı. Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, vəzifəsindən alınacaq icra başçılarından biri də hazırda Cəlilabada rəhbərlik edən Namiq Zeynalovdur.

Xatırladaq ki, Namiq Zeynalov keçən ilin fevral ayında Cəlilabada rəhbər göndərilib. Kimsə güman etməsin ki, Azərbaycanda hansısa RİH rəhbəri postunda əbədidir. Eləcə də hörmətli Namiq müəllim.

Elə bu barədə danışan mənbə də bildirir ki, postunda yeni olmasına rığmən barəsində ən çox şikayət olunan icra başçılarından biri kimi diqqətə gələn cənab Zeynalov ola bilsin ki, yaın günlərdə vəzifəsindən azad edilsin.

Mənbənin söylədikləri: "Doğrudur, Namiz Zeynalov etibarlı mövqelərin himayəsindədir. Amma hu, heç də hər şeyi həll etmir. Hər halda icra başçılarnın hamısı, həmçinin Namiq Zeynalov da anlamalıdır ki, postunda yeni olması heç də nələrəsə işarə etmir və o, hər an "vurula" bilər".

Mənbəyə görə, artıq bu barədə müzakirələr aparılır və Namiq Zeynalovun adından xahiş edənlər də çətin durjmla üz-üzə qalıblar.

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

DİA.AZ

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.