SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » ASAN Peşə Təhsil Mərkəzinin Direktoru Özbaşınalıq Edir-VİDEO

ASAN Peşə Təhsil Mərkəzinin Direktoru Özbaşınalıq Edir-VİDEO

Tarix:

11-12-2019, 09:30

/ 2 560 dəfə oxundu.
ASAN Peşə Təhsil Mərkəzinin Direktoru Özbaşınalıq Edir-VİDEO

Mingəçevir ASAN Peşə Təhsil Mərkəzinin direktoru İlham İlyasov Azərbaycan təhsilinə və Azərbaycan Ordusuna nifrət edir-SENSASİON İDDİA

Mingəçevir ASAN Peşə Təhsil Mərkəzində nə baş verir? Direktorun özbaşınalığı,şəxsi ambisiyaları,yoxsa qanunun tələbi?

Mingəçevir ASAN Peşə Təhsil Mərkəzin bir qrup işçisi Kanal32.az-ın redaksiyasına gələrək,direktor İlham İlyasov tərəfindən qanunsuz olaraq işdən azad edildiklərini bildiriblər.Onlar iddia edir ki,Peşə məktəbinin direktoru Əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq,onları hüquqi əsas olmadan ixtisar edib.İşdən çıxarılan şəxslər deyir ki,əgər həqiqətən də ixtisar gəlibsə niyə direktor xeyli sayda peşə təlimindən xəbəri olmayan insanları işə götürüb.

Redaksiyaya gələn şəxslərin bir qrupunun siyahısını təqdim edirik:

-Musayeva Xatirə-tənha qadın(xadimə)

-Rüstəmov Pərvin-İstehsalat təlim ustası(ali təhsilli gənc)

-Həmayə Məmmədova-Təcrübəli müəllim

-Bəhramova Solmaz-İstehsalat təlim ustası(Tənha qadın)

-İsmayılova İlhamə-Baş usta

-Əliyev İlyas-İstehsalat təlim ustası( 2-ci qrup əlil)

-Haqverdiyeva Vüsalə-İstehsalat təlim ustası( həyat yoldaşı Qarabağ əlili)

-Məhərəmov Vaqif-Bağban(ali təhsil)

Şikayətçilər ilginc bir iddia da səsləndiriblər.Onların sözlərinə görə,çalışdğı bankda yol verdiyi ciddi nöqsanlara görə işdən qovulan Mingəçevir ASAN Peşə Təhsil Mərkəzinin direktoru İlham İlyasov deyib ki,mən Azərbaycan təhsilinə və Azərbaycan Ordusuna nifrət edirəm…
Şikayətçilərin sözlərinə görə, ASAN Peşə Təhsil Mərkəzinin direktoru İlham İlyasovun kobud,saymazyana və özündənrazı davranışlar sərgiləyir.Və onun arxasında yuxarı dövlət orqanlarında yaxşı oğlanların dayandığını deyir.

İxtisar olunan işçilərin ölkə başçısı Cənab İlham Əliyevə videomüraciət edərək pozulmuş hüquqlarının bərpa olunmasını, səriştəsiz və özbaşına direktorun cəzalandırılması istəyirlər.
Bütün bunlardan sonra belə bir neçə sual yaranır:Görəsən,fantastik təhsil islahatından dəm vuran nazir Ceyhun Bayramov təhsildən xəbərsiz daha bir kadrının bu əməllərinə niyə göz yumur?
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru səlahiyyətlərini icra edən Amil Əlili hara baxır? Ümumiyyətlə,ixtisar olunan işçilərin taleyi onları rahatsız edirmi?

Qeyd edək ki,redaksiya olaraq Cənab Prezidentin hər zaman yüksək qiymət verdiyi mətbuatı tanımayan ASAN Peşə Təhsil Mərkəzinin bankir direktoru İlham İlyasovun mövqeyini dərc etməyə hazırıq.

Kanal32.az

Şərhlər

XƏBƏR LENTİ