SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qaxda ailə bələdiyyələri... - oğul atasının, kürəkən qaynatasının sədr olduğu məntəqədən bələdiyyəyə namizəddir

Qaxda ailə bələdiyyələri... - oğul atasının, kürəkən qaynatasının sədr olduğu məntəqədən bələdiyyəyə namizəddir

Tarix:

9-12-2019, 12:49

/ 751 dəfə oxundu.
Qaxda ailə bələdiyyələri... - oğul atasının, kürəkən qaynatasının sədr olduğu məntəqədən bələdiyyəyə namizəddir

23 Dekabr bələdiyyələrə seçkilər günüdür. Qax.org.az saytı olaraq, Qax rayonunda keçiriləcək seçkiləri yaxından izləyir və mümkün neqativ halları işıqlandırmağa çalışırıq.

Bu günlərdə Qaxdakı bəzi bələdiyyələrlə bağlı maraqlı məlumatlar əldə etmişik. Belə ki, 112 saylı Qax seçki dairəsi ərazisində fəaliyyət göstərən bəzi seçki məntəqələrində ailəvi iştirakçılıq müşahidə olunur.

Məsələn, Qum seçki məntəqəsinin sədri Qurbanov Hacıqurban Qasım oğlunun doğma oğlu Qurbanov Sərxan Hacıqurban oğlu Qum bələdiyyəsinə üzvdür və eyni məntəqədə səs toplamağa çalışacaq. Necə deyərlər, atası seçki günü öz oğlu üçün "əlindən gələni etməyə çalışacaq.”

Çinarlı seçki məntəqəsinin sədri Əliyev Vahid Nəzir oğlunun doğma qızı İsayeva Aytən Vahid qızı və onun həyat yoldaşı, yəni məntəqə sədrinin kürəkəni İsayev Rəşad İsa oğlu da eyni bələdiyyəyə namizəddirlər. Necə deyərlər, məntəqə sədri Əliyev Vahid seçki günü daha çox əziyyət çəkməli olacaq, həm qızı, həm də kürəkəni üçün səs "toplamalı” olacaq.
İcmal.Az

Şərhlər

XƏBƏR LENTİ