SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qəbələ sakininin başına necə oyun açdılar... - VİDEO

Qəbələ sakininin başına necə oyun açdılar... - VİDEO

Tarix:

7-12-2019, 12:02

/ 1 002 dəfə oxundu.
Qəbələ sakininin başına necə oyun açdılar... - VİDEO

Bu ilin sentyabr ayında redaksiyamıza çox qəribə bir şikayət məktubu daxil olmuşdu. Məktubu yazan şəxs - Qəbələ rayon sakini, 1963-cü il təvəllüdlü Azər Ağamurad oğlu İsmayılov iddia edirdi ki, o, 1997-ci ildə əsassız yerə, heç kimin müraciəti, hətta özünün belə, xəbəri olmadan Qəbələ Mərkəzi Rayon Xəstəxanasında (MRX) “şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyata götürülüb.

Şikayət məktubu ilə tanış olduqdan sonra A.İsmayılovun özü ilə əlaqə saxladıq və baş verənləri daha ətraflı öyrəndik. Məlum hadisəylə bağlı AYNA-da yayımlanmış “Qəbələdə "ruhi xəstə" müəmması: YAP fəalı 22 il sonra "dəli" olduğunu öyrənib” sərlövhəli yazıdan əhatəli məlumat əldə edə bilərsiniz.

Qəbələ rayonunda uzun illər bizneslə məşğul olmuş, hazırda “METAL-A” MMC-nin təsisçisi və direktoru olan A.İsmayılovun qarşılaşdığı problemə AYNA tutmaq üçün həm Qəbələ MRX-nın baş həkiminin müalicə işləri üzrə müavini Fikrət Cəfərovla, həm Qəbələ MRX-nın poliklinika şöbəsinin psixiatrı Pərviz Səfərli ilə, həm də Şəki Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Akif Əsədullayevlə əlaqə saxladıq. Məlum oldu ki, A.İsmayılova xüsusi komissiyanın rəyi olmadan, poliklinika şəraitində ruhi xəstə diaqnozu qoyulub.

Aldığımız cavablardan və əldə etdiyimiz nəticədən sonra A.İsmayılovun pozulmuş hüquqlarını bərpa etmək üçün aidiyyəti qurumlara – Qəbələ Rayon İcra Hakimiyyətinə, Yeni Azərbaycan Partiyasının Qəbələ Rayon Şöbəsinə, Qəbələ Rayon Prokurorluğuna və Səhiyyə Nazirliyinə sorğu göndərdik.

Sorğumuza əvvəlcə Qəbələ Rayon İcra Hakimiyyətindən cavab gəldi və bildirildi ki, A.İsmayılov, həqiqətən də 1997-ci ildə Qəbələ MRX-nın poliklinika şöbəsinin psixiatriya kabinetində “şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyata alınıb. Sorğumuza Səhiyyə Nazirliyindən isə bildirildi ki, məsələ araşdırılacaq və ətraflı məlumat veriləcək.

Nəhayət bu ayın əvvəlində Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzindən gözlədiyimiz cavabı aldıq. Amma qəribə cavab... Bildirilir ki, bu cür hallar konfidensial olduğu üçün, açıqlama verilə bilməz...

Qəbələ Rayon Prokurorluğuna ünvanladığımız məktuba cavab olaraq isə bildirildi ki, şikayət araşdırılıb və bu barədə A.İsmayılovun özünə ətraflı məlumat verilib.

Aldığımız məktubun ardınca Azər İsmaylov özü AYNA-nın redaksiyasına gələrək son vəziyyətə aydınlıq gətirdi. Dediyinə görə, Psixi Sağlamlıq Mərkəzindən ona məktub göndərilib. Və məktubda A.İsmayılovun Qəbələ MRX-nın psixiatriya kabinetində dispanser müşahidəsinə xitam verildiyi qeyd olunub.

A.İsmayılov, həmçinin AYNA-ya açıqlamasında bəzi məsələlərə bir daha aydınlıq gətirdi. Onun “şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyata götürülməsində maraqlı olan şəxslərin adlarını açıqladı. Qəbələ rayonunda bəzi vəzifəli şəxslərin öz səlahiyyətlərindən istifadə edərək qanunsuzluqlara əl atdıqlarını iddia etdi.

İş adamının AYNA TV-yə danışdıqlarını təqdim edirik:

Şərhlər

XƏBƏR LENTİ