SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » ŞƏMKİRİN İCRA BAŞÇISI VƏDİNƏ NİYƏ ƏMƏL ETMİR?

ŞƏMKİRİN İCRA BAŞÇISI VƏDİNƏ NİYƏ ƏMƏL ETMİR?

Tarix:

20-11-2019, 12:38

/ 787 dəfə oxundu.
ŞƏMKİRİN İCRA BAŞÇISI VƏDİNƏ NİYƏ ƏMƏL ETMİR?

İcra başçısı Alimpaşa Məmmədov sakinləri narahat edən məsələ ilə bağlı rayon rəhbərliyi tərəfindən lazımi addımların atılacağına söz verdi, amma..."

“Təzadlar”a Şəmkir rayonunun Sabirkənd kənd sakinlərinin (cəmi: 47 nəfər) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, surəti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədova və digər dövlət orqanlarının rəhbərlərinə ünvanlı müraciəti daxil olub.

Müraciətdə deyilir:

“Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə ölkəmizdə yol tikintisi geniş vüsət alıb. O cümlədən, Şəmkir rayonunda Zəyəm-Sabirkənd-Şəmkir yolu çəkilib. Ancaq piyadaların hərəkəti üçün yolun kənarında səki çəkilməyib. Bu səbəbdən də avtomobil yolu ilə hərəkət etmək məcburiyyətində qalan insanlar həyatlarını təhlükə altında qoyurlar. Qısa müddətdə artıq 5 yol hadisəsi baş verib, 4 nəfər xəsarət alıb. Bu barədə dəfələrlə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova müraciət etmişik. İcra başçısı Alimpaşa Məmmədov sakinləri narahat edən məsələ ilə bağlı rayon rəhbərliyi tərəfindən lazımi addımların atılacağına söz verdi, amma... Sən demə, icra başçısı camaatı aldadıb və o, bu günə qədər verilən vədinə əməl etmir. Daha doğrusu, qısa zamanda səki yolunun çəkilib istifadəyə veriləcəyini vəd eləsə də, hələ də heç bir işə başlanmayıb. Nəticədə, avtomobil yolundan istifadə edən piyadaların, orta məktəb şagirdlərinin və müəllimlərin həyatı üçün təhlükə yaranır. Bu problemə aidiyyəti qurumlar tərəfindən ciddi nəzarət olunmasa, bədbəxt hadisələr qaçılmazdır.

Hörmətli cənab Prezident!

Xahiş edirik, üzləşdiyimiz problemin həlli istiqamətində aidiyyəti qurumlara göstəriş verəsiniz. Bununla siz həm də baş verəcək bədbəxt yol hadisələrinin qarşısını almış olacaqsınız.

Yeri gəlmişkən, bir narazılığımız da ondan ibarətdir ki, icra başçısı Alimpaşa Məmmədov hər il dövlət tərəfindən Şəmkir bələdiyyəsinə ayrılan dotasiyaları bələdiyyələrin əlindən alır. Aidiyyəti qurumlar tərəfindən bu məsələyə də xüsusi diqqət yetirilməsini istəyirik. Əvvəlcədən sizə minnətdarlığımızı bildiririk”.

Məsələ ilə bağlı Şəmkir rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfi də dinləməyə hazırıq.

ŞƏMKİRİN İCRA BAŞÇISI VƏDİNƏ NİYƏ ƏMƏL ETMİR?

Şərhlər

XƏBƏR LENTİ