Bu başçılar maraqlı rekorda imsa atıblar - İLGİNC SİYAHI
Yaşlı məmurların işdən kənarlaşdırılması prosesi son günlər səngimiş kimi görünsə də, sözügedən dalğanın yenidən start düyməsi basılacaq.
Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib və qaynaq iddia edir ki, yaxın günlərdə yaşlı icra başçıları və eyni zamanda postunda uzun müddət qalan RİH rəhbərləri ilə bağlı dəyişiklik qərarları veriləcək. Bəs kimlər gedə bilər yeni dalğada?
Bu yöndə araşdırma apardıq və aydın olur ki, Azərbaycanda hətta 27 il icra başçısı postnda oturanlar da var. Bu Xocavənd Rayon Icra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovdur. Onu bu vəziəyə 1992-ci il iyulun 2-də, o vaxtkı prezident Əbülfəz Elçibəyin təyin edib.
Hazırda Xocalı Rayon Icra Hakimiyyətinə başçılıq edən Şahmar Usubov 2000-ci il dekabrın 21-dən bu vəzifədədir.
Malik Isaqov 8 sentyabr 2001-ci ildən, Heydər Əliyevin prezidentliyi vaxtından Qubadlı Rayon Icra Hakimiyyətinin başçısıdır.
Rayonlar üzrə siyahını da təqdim edirik:
Göygöl – Arif Seyidov, 2006-cı ildən
Hacıqabul – Əhməd Muxtarov, 2006-cı ildən
Qusar – Şair Alxasov, 2007-ci ildən
Lerik – Rövşən Bağırov, 2007-ci ildən
Hər halda bu siyahı kifayət qədər maraqlıdır və görünəni də odur ki, yaxın vaxtlarda dəyişikliklər olacaqsa, ilk başdan qeyd etdiyimiz siyahı da nəzərə alınacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək