"10 gün qalıb, amma namizədlik üçün arayış ala bilmirəm”
Zaqatala rayon Əliabad qəsəbə sakini Vüsal Hüseynzadə bələdiyyə seçkilərinə namizəd olmaq üçün İcra nümayəndəsindən arayış ala bilmədiyini iddia edir.
O, “Qafqazinfo”ya şikayətində bildirib ki, namizədlərin qeydiyyata alınması üçün son 10 gün qalsa da, onun müraciətinə cavab verilmir:
“Bələdiyyə seçkilərində namizədliyimlə bağlı noyabrın 4-də müraciət etmişəm. İcra nümayəndəsi Həsən Həsənov mənə arayış vermir. Baxılacağını bildirib göndərirlər. Məsələ ilə bağlı Prezident Aparatına teleqram vurdum. 10 günlük müddətim qalıb, ancaq hələ də süründürməçilik edirlər”.
Zaqatala rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, hazırda ərizəyə baxılır, yaxın müddət ərzində vətəndaşa cavab veriləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...