Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA
Xətai rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin işdən çıxarılmasından sonra bu rayona kimin başçı təyin olunacağı ən çox müzakirə olunan məsələlərdəndir.
DİA.AZ bildirir ki, bu vaxta qədər Xətaiyə namizəd kimi bir neçə şəxsin adı çəkilir
Məlumata görə, Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov Xətai rayonuna başçı gətirilir. Artıq icra başçısı bununla bağlı yaxın ətrafına məlumat verib və bildirib ki, yaxın günlərdə təyinat reallaşdırılacaq. Maraqlıdır ki, Malik İsaqov bu günə qədər mediadan uzaq gəzməyi bacaran icra başçılarındandır. Ancaq onunla bağlı neqativ xəbərlər də az deyil. Bir müddət öncə Sumqayıtda Qubadlı icra hakimiyyətinə məxsus ərazidə ağacların kəsilməsi məsələsi gündəmə gəlmişdi. Bu səbəbdən İsaqovun Bakının ən əlverişli rayonlarından olan Xətaiyə iddia etməsi də təəcüblü deyil.
Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək