SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "1500 manata əlilik dərəcəsi satılır"- Saatlı ƏƏSM şöbəsində

"1500 manata əlilik dərəcəsi satılır"- Saatlı ƏƏSM şöbəsində

Tarix:

31-03-2017, 14:44

/ 45 834 dəfə oxundu.
"1500 manata əlilik dərəcəsi satılır"- Saatlı ƏƏSM şöbəsində

Saatlı rayonu Soltanabat kənd sakini Şahbazov Vahid Məmmədəli oğlu tərəfindən şikayət daxil olub. Həmin şikayətlərdə qeyd edilən bütün detaları sizlərə təqdim edirik.
Səlim Müslümovun etimad göstərdiyi İlqar Qurbanov vətəndaşları «soymaq»la məşğuldur, nazir isə susur..
Səlim Müslümovda İlqar Qurbanovun rüşvətlə əlillik satdığını bildiyi halda həqiqi əlillərin haqqını bərpa edə bilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı bir neçə yazılar dərc etmişik. Bu dəfə isə sizə təqdim etdiyimiz material İlqar Qəmbər oğlu Qurbanov – «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovun qardaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi haqdadır. Media üzərindən apardığımız araşdırmalardan əldə etdiklərimizi sizlərə təqdim edirik.
İlqar Qurbanov əmək fəaliyyətinə 1981-ci ildə başlayıb. Həmin vaxtdan etibarən Musa Nağıyev adına 1 saylı klinik xəstəxanada, Təcili Tibbi yardım Klinik Xəstəxanasında, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində, Bakı Sağlamlıq Mərkəzində, Həmkarlar İttifaqı Respublika Komitəsində, habelə Ədliyyə sistemində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (2007-2010-cu illərdə Respublika Əlillərin Reabilitasiya Mərkəzində baş həkim müavini) və digər qurumlarda həkim kimi müxtəlif vəzifələrdə işləyib. İ.Qurbanov 2014-cü ilin yanvarından hazırkı vəzifəsinə qədər ƏƏSMN-nin Respublika Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində çalışıb. Xatırladaq ki, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Azərbaycan Prezidentinin 16 mart 2015-ci il tarixli Fərmanına əsasən yaradılıb.
Xidmətin yaradılmasında məqsəd əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya sahəsində idarəetmə mexanizminin çevik və səmərəli təşkilinin təmin olunmasıdır. Yeni xidmət özünün Mərkəzi Aparatından, 34 saylı TSEK Saatlı rayon üzrə rəhbəri Məhəmmədəli İbrahimov Qarabağ əlilini hüquqlarını pozaraq II qrup əlillik hüququndan məhrum edərək, III qrup əlilik verib. Məhəmmədəli İbrahimov əhalidən nazirliyə verilən şikayətlər əsasında Səlim Müslümovun əmri ilə işinə son verib. Redaksiyamıza Vahid Şahbazovun etdiyi müraciətində qeyd edilir ki, nazir Səlim Müslümovun qəbulunda olub. Nazir söhbət əsnasında Vahidə Məhəmmədəli İbrahimov əlilliyini dəyişməməsinə görə səndən nə qədər istəyib. V.Şahbazov isə M.İbrahimov ondan 1500 manat istədiyini qeyd edib. Bundan sonra nazir 34 saylı TSEK-in rəisi Ərkinaz Məmmədovaya vətəndaş V.Şahbazova qrupunun bərpası ilə bağlı yardım etməsi göstərişi verib. 34 saylı TSEK-in rəisi Ərkinaz Məmmədova vətəndaşın şikayətlərinə baxandan sonra vətəndaşa heç cürə kömək edə bilməyəcəyin vurğulayıb. Vətəndaşa mütləq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etməsi bildirilib.
V.Şahbazov isə bütün sənətlərini götürərək İlqar Qurbanova müraciət edib. Komissiya tərəfindən vətəndaş yoxlanılaraq ayaq zədəsinə baxış keçirilib. Dövlət TSEK həkimləri vəzifə borcların unutduqları burda məlum olub. Belə ki, vətəndaşın bədəninin yeddi qəlpə zədəsi aldığı halda düzgün baxış keçirilməyib. V.Şahbazov: “6 ay bağırsaqlarının çöldə qalması ağır dərəcəli xəsarətlərim nəzərə alınmır. Hal-hazırda səhhətimdə normal halda deyil. Bütün bunlara baxmayaraq komissiya üzvləri məni sağlam elan edib. III qrup əlil olmaq yüngül xəsarət zamanı olur. Mənim isə bütün bədənim deşik-deşikdir. Mənə hansı yüngül xəsarətdən danışılır. Vətənə xidmət etdim deyə qoyulan hörmətdə budur. Belə çıxır ki, 1500 manatı versəydim mənim haqqım bərpa olacaqdı. Rüşvət vermədim deyən məni haqqım olan əlillik dərəcəmdən məhrum edirlər. 1994-2002-ci ilə qədər II qrup əlil olmuşam. İ.Qurbanov döyüş bölgəsində olmayanlara I-ci və II-ci qrup əlillik verir - deyə vətəndaş qeyd edir. Mən isə real olaraq ondan haqqım olan II-ci qrup əlillik dərəcəmin verilməsini istəyirəm.
Qeyd edək ki, “V.Şahbazov özü bildirib ki, 1994-cü ildə Ağdam uğrunda gedən döyüş zamanı minaya düşüb. 1994-cü yanvarın 23 minaya düşəndə bədən xəsarətləri aldığından 6 ay hospitalda müalicə aldıqdan sonra, döyüş bölgəsinə getməyimə izin verilməyib. 1994-cü ildə II-ci qrup əlil kimi pensiya təyin edilib. Döyüş zamanı bədəninin yeddi fərqli hissəsində xəsarətlər almışam. 8 il II-ci qrup əlil kimi pensiya almışam 2002-ci ildən həmin əlillik dərəcəm əlimdən alınaraq məndən yenidən bərpa üçün 1500 manat tələb edilib. 2 övladım var biri əsgərdir ikincisi isə əsgər getməyə hazırlaşır. Bu gün övladlarımı hərbi xidmətə göndərərkən dövlətimə güvənərək yola salıram. Amma özümə qarşı məmurların bu cür hərəkətindən təəssüf hissi keçirirəm.”

Ardı var..

Redaksiyadan: yazıda adları keçən hər bir şəxsin fikrilərini dinləyib dərc etməyə hazırıq..

Bakunews

Şərhlər

XƏBƏR LENTİ