Şakir İmanov dövlət torpağını satışa çıxarıb... - Əhmədzadənin kadrından ÖZBAŞINALIQ
Ağcabədidə Yuxarı Qarabağ Kanalının mühafizə zolağı satılıb. Bu barədə PİA.az-a daxil olan məlumatda iddia olunur ki, şəkillərdə gördüyünüz bu restoranın inşası üçün Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov 15 min manat alıb və bu restoranın tikintisinə icazə verib.
Qeyd edək ki, Yuxarı Qarabağ kanalı su ötürmə qabiliyyətinə görə ölkənin ən böyük kanalıdır və bu kanal Aran Qarabağ və Mərkəzi Aran rayonlarının su ilə təminatında strateji əhəmiyyət daşıyır. Əsasnaməyə əsasən Yuxarı Qarabağ kanalının mühafizə zonası 50 metr təşkil edir və bu zonada hər hansı tikinti işləri aparmaq qəti qadağandır. Lakin gördüyünüz kimi Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov üçün bu qadağalar heş bir əhəmiyyət daşımır. Önəmli olan puldur...
Əldə etdiyimiz məlumata görə Yuxarı Qarabağ Kanalı üzərində onlarla belə obyekt var.
Xatırladaq ki, Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadəyə çox yaxın adam hesab olunur. Görünür ki, idarə rəisi də Əhmədzadəyə yaxınlığına görə heç bir hədd və qayda tanımmır...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...