XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » “Şahin” hərbi-idman oyununun rayon birinciliyinin final mərhələsi - Bərdədə

“Şahin” hərbi-idman oyununun rayon birinciliyinin final mərhələsi - Bərdədə

“Şahin” hərbi-idman oyununun rayon birinciliyinin final mərhələsi - Bərdədə
30-03-2017, 17:19

30 mart 2017-ci il tarixdə Bərdə rayon İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbin idman meydançasında Bərdə Rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun rayon birinciliyinin final mərhələsi keçirilmişdir.

xalqxeber.az xəbər verir ki, finalda zona mərhələsinin qalibləri olmuş 6 komanda: ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin, V.Kərimov adına Yeni Daşkənd, N.Malıyev adına Qaradırnaq, İ.Abbasov adına Kələntərli və Qazaxlar kənd tam orta məktəblərinin komandaları iştirak etmişlər.

Final yarışında mərhələlərin qiymətləndirilməsi üçün aşağıdakı tərkibdə hakimlər briqadası

təyin edilmişdir:

1.İsa Abbasov - Təhsil şöbəsinin metodisti - sədr

2.Aydın Qasımov - Gənclər və İdman idarəsinin baş məsləhətçisi - üzv

3.İsmayıl Abdullazadə - Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi - üzv

4.Məhəmməd Lətifov - UGİM-nin direktoru - üzv

5.Məhəmməd İsayev - UGİM-nin təlimatçısı - üzv

6.Yavər Şükürov – Gənclərin çağırışaqədərki hazırlıq fənni rəhbəri - üzv

7.Ədalət Məmmədov - Kələntərli kənd həkim məntəqəsinin müdiri - üzv

Tədbirin açılışında Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov çıxış edərək erməni işğalçıları ilə döyüşlərdə zabit və əgərlərimizin şücaət göstərərək düşmənə layiqli cavab verməsindən, yeniyetmə və gənclərimizdə vətənpərvərlik hisslərinin gücləndirilməsində bu oyunların vacibliyindən danışdı və qeyd etdi ki, gənclərimiz ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşmişlər.

Komandalar arasında final mərhələsinin yekun nəticələri aşağıdakı kimi olmuşdur:

1. Şəhid Alı Mustafayev adına şəhər 5№li tam orta məktəbi - 33 bal - I yer

2. V.Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbi – 29 bal - II yer

3. N.Malıyev adına Qaradırnaq kənd tam orta məktəbi – 23,1 bal - III yer

4. Qazaxlar kənd tam orta məktəbi - 17,8 bal - IV yer

5. İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbi – 17,5 bal - V yer

6. Ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-lisey - 16,8 - VI yer

Oyunların keçirilməsi zamanı əsasnamə pozuntusuna yol verilməmişdir.

I,II,III yerləri tutmuş və mərhələlərdə fərqlənmiş komandalar Bərdə Rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunmuşlar.

“Şahin” hərbi-idman oyununun Respublika zona yarışlarının və rayon birinciliklərinin keçirilməsində göstərdiyi köməkliyə görə Kələntərli kənd həkim məntəqəsinin müdiri Ədalət Məmmədova Bərdə Rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanı təqdim edilmişdir.

Final mərhələsinin qalibi Şəhid Alı Mustafayev adına şəhər 5№li tam orta məktəbin komandası 2017-ci ilin aprel ayında Tərtər rayonunda keçiriləcək Respublika birinciliyinin zona mərhələsində iştirak etmək hüququ qazanmışdır.
“Şahin” hərbi-idman oyununun rayon birinciliyinin final mərhələsi - Bərdədə
“Şahin” hərbi-idman oyununun rayon birinciliyinin final mərhələsi - Bərdədə

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.