Azərbaycanda polis rəisinin iki müavini işdən azad edilib
- 27-09-2019, 17:35
- 1 052
Bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Məlumata görə, Samux RPŞ-nın xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Kazım Bayramov və əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Malik Məmmədov tutduqları vəzifədən azad ediliblər.
Qeyd edək ki, rəis müavini vəzifələrinə hələlik yeni təyinat olmayıb.