SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göygöl rayon Məhkəmə İcraçıları vətəndaşı niyə incidir? Fikrət Məmmədova müraciət

Göygöl rayon Məhkəmə İcraçıları vətəndaşı niyə incidir? Fikrət Məmmədova müraciət

Tarix:

24-09-2019, 17:01

/ 1 279 dəfə oxundu.
Göygöl rayon Məhkəmə İcraçıları vətəndaşı niyə incidir? Fikrət Məmmədova müraciət

Reportyor.tv-yə müraciət edən Göygöl rayon Balçılı kənd sakini Hüseyinova Nazilə Nazir qızı bildirir ki, 2008-ci ildə ailəsi ilə nigah pozuntusu olub. Nigah pozuntusundan sonra Göygöl rayon Məhkəməsi tərəfindən onun boşanmış əri Mərdanov Adil Manaf oğluna azyaşlı qızlarının həddi-buluğa çatana qədər, yəni 18 yaşı tamam olan günə kimi alimentin ödənilməsi tələbi irəli sürür. Tələblə razılaşan Mərdanov Adil 2018-ci ilə qədər alimenti ödəsə də sonradan uşağına çatacaq ata öhtəliyini saxlayır. Bu problemlə bağlı Hüseyinova Nazilə Nazir qızı Göygöl rayon məhkəməsinə dəfələrlə müraciət etsə də heç bir nəticə əldə olunmur. Şikayətçi bildirir ki, məhkəmə icraçılarının işçisi Orxan adlı bir şəxs onu get-gələ salır. Yəni ki, onun işi üzrə problemlərlə məşqul olan Orxan adlı məhkəmə icraçısı ödəyici Mərdənov Adilin alimenti ödəməkdə yayınmasına köməklik edir. Bu baxımdan da şikayətçi Hüseynova Nazilə Nazir qızı Ədiliyyə Naziri cənab Fikrət Məmmədova səslənir. Cənab Nazir sizdən xahiş edirəm dolanışığım az olduğundan qızımı saxlamaq üçün boşandığım ərimin ödəyəcəyi aliment mənə azacıqda olsa kömək olur. Ancaq bir ildir ki, alimenti ala bilmirəm. Ala bilmədiyim alimentlə bağlı Göygöl rayon Məhkəmə İcraçıları Şöbəsinə dəfələrlə şikayət etsəm belə mənim problemimlə kimsə məşqul olmur. İşimi tapşırıblar Orxan adlı bir şəxsə o da məni hər dəfə yalandan get-gələ salır. Sanki aliment ödəyicisinin qohumu və yaxını kimi özünü apararaq mənim problemimin həlli ilə bağlı heç bir nəticə ortaya qoymur.

Göygöl rayon Məhkəmə İcraçılarının mövqeyin dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ