SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Azərpambıq” MMC –nin rəhbərliyi ümidini pensiyaçı ” keçmiş MTN”-çiyə bağlayıb

"Azərpambıq” MMC –nin rəhbərliyi ümidini pensiyaçı ” keçmiş MTN”-çiyə bağlayıb

Tarix:

23-09-2019, 15:00

/ 1 581 dəfə oxundu.
"Azərpambıq” MMC –nin rəhbərliyi ümidini pensiyaçı ” keçmiş MTN”-çiyə bağlayıb

Hörmətli redaksiya! İlk növbədə sizə minnətdarlığımı bildirirəm ki, göndərdiyim məqaləni dərc etməklə səsimizi əlaqədar təşkilatlara çatdırdınız.

Tədbir görülməsə də sizə minnətdarıq. Çünki fırıldaqçıları ifşa etməkdə bizə kömək etdiniz. Sizin gundemxeber.az saytınızda “Azərpambıq” MMC, yoxsa “qocalar evi” sərlövhəli tənqidi məqaləm dərc olunduqdan sonra fikirləşirdik ki, yəqin əlaqədar təşkilatlar, xüsusilə Azərbaycan Sənaye Korporasiyasının rəhbərliyi “Azərpambıq” MMC-də islahat aparacaq, MKT-dən qovulmuş qocaları, həmçinin digər təşkilatlardan pensiyaya çıxıb qoca vaxtlarında “Azərpambıq” MMC –də məsul vəzifədə oturub öz köhnə əməllərindən-maliyyə fırıldağından hələ də əl çəkə bilməyən, ölkədə pambıq əkilib-becərilməsinə ciddi zərbə vuran belə müftəxorlardan canımızı qurtaracaq.
Ancaq yağışdan çıxıb yağmıra düşmüşük. Necə deyərlər, pensiyaçılar sırasına biri də daxil oldu. O da, özünün deməsinə görə, uzun müddət MTN-də işləmiş rensiyaçı Şəmsidir. Neçə vaxt idi ki, “Azərpambıq” MMC-nin audit yoxlamasının rəhbəri. MKT-dən qovulmuş Asif Sarıyev mənə sifariş göndərirdi ki, bəs yazdığımı təkzib edim və əvəzində mənə istədiyim hədiyyəni versin. Mən bundan imtina edəndən sonra belə məlumat yaydılar ki, guya heç mən adda fermer olmayıb, indi də yoxdur. Buyurun, mən varam, özüm də pambıqçılıqla məşğul oluram. Sonra Asif Sarıyev pensiyaya çıxmış Rahib adlı həmyerlisini də auditə gətirərək yoxlamalarını daha da çoxaltdı.
Məlumunuz olsun ki, bütün pambıq emalı zavodlarının gəlir-çıxarı haqqında Asif Sarıyevdə məlumat var. O, öz yaxınlarından birinə pul verib istədiyi pambıq emalı zavodu haqqında ərizə yazdırır, sonra da Rahib adlı pensiyaçı yerlisini də götürüb həmin zavoda yoxlamaya başlayır. Günlərlə, həftələrlə zavoddan pul, texnika, azot, gübrə ala bilmirik. Hər dəfə deyirlər ki, Asif Sarıyev yoxlama aparır. Bu yaxınlarda Ağcabədi pambıq zavodunda da “şikayət ərizəsi” əsasında belə yoxlama başlamışdı.Yoxlamalardan bezən narazı pambıqçıların sayı getdikcə artırdı. Axırda rayon rəhbərliyinə məlum oldu ki, süni narazılıq yaradan “Azərpambıq” MMC-nin audit departamentinin rəhbəri, pensiyaçı, şisofreniya xəstəsi Asif Sarıyev və onun pensiyaçı yerlisi Rahibdir. Rayon rəhbərliyi bu barədə “Azərpambıq” MMC-nin rəhbərliyinə məlumat verdikdən sonra hər iki audit rayondan biabırcasına qovuldu. Onların süni narazılıq yaratmaq cəhdi baş tutmadı.
Hazırda “Azərpambıq” MMC-yə təzə bir Şəmsi adlı pensiyaçı, özünün deməsinə görə keçmiş MTN-çi gəlib. Onun işi-gücü rayonlardakı pambıqtəmizləmə zavodlarına gedib işçilər arasında sorğu-sual, istintaq aparmaqdır . İşimizə maneolan, problem uaradan az idi, biri də gəldi. Deyir ki, bu məktubu yazanı kim öyrətdiyini, guya məni kimsə öyrədir, tapacağam. Fikir verin, keçmiş MTN-çi pensiyaçı Şəmsi fəaliyyətinin nədən ibarət olduğunu hələ də bilmir. Bir aydan artıqdır ki, “Azərpambıq” MMC-nin audit departamentinin rəhbəri Asif Sarıyevin “sirrini” dağıdanı axtarır. Hələ MMC-nin Eldəniz adlı hüquqşünasının fəaliyyətinin nədən ibarət olduğunu bilsəniz lap təəccüblənərsiniz. O da ondan-bundan”şikayət” ərizəsi alıb zavodlarda yoxlama aparan Asif Sarıyevin müdafiəsinə qalxıb. Çünki ikisi şərik işləyirlər.
Hüquqşünas işçilərin hüquqlarını qorumaq əvəzinə, maliyyə fırıldağına görə əvvəlki iş yerlərindən qovulmuşların müdafiəsinə qalxıb və məni bu məqaləni yazmaqda “öyrədənləri” axtarırlar. Ancaq nədənsə məndən heç nə soruşmurlar. Soruşsalar deyərm ki, siz nə vaxta qədər ölkədə pambıq əkininə mane olacaqsınız? İmkan verin, məhsulu yetişdirək. Axı, ölkə Prezidenti pambıqçılığın inkişafı üçün hər cür şərait yaradıb. Siz isə Prezidentin siyasətinə qarşı çıxırsınız. , “Azərpambıq” MMC-nin rəhbərliyi isə buna göz yumur. Yəni o, doğurdan da bilmirmi ki, Asif Sarıyev şizefreniya xəstəsidir?
MMC-nin rəhbərinin işə götürdüyü keçmiş MTN-çi Şəmsi adlı pensiyaçı “axtarışlarını” nə vaxt başa vuracaq? Axı bu MMC ölkədə pambıqçılığın inkişafı ilə məşğuldur. Ancaq burada çalışan qocalar, pensiyaçılar, keçmiş maliyyə fırıldaqçıları isə cibimizi güdür, imkan vermirlər ki, əkdiyimiz məhsulu yetişdirək. Görəsən bu özbaşınalıq nə vaxta qədər davam edəcək?

Malik Ağayev ,
Ağcabədi rayonu, Qaradolaq kənd sakini, pambıqçı-fermer

Şərhlər

XƏBƏR LENTİ