Mingəçevirdə ETİRAZ AKSİYASI — FOTOLAR
Mingəçevir şəhərində Kür çayının avarçəkmə üzrə Beynəlxalq “Prezident Kuboku” reqatası keçirlən hissəsini “Sədərk Yusif”in “DEKA” şirkətinin apardığı tikinti işlərinə qarşı bu gün etiraz aksiyası keçirilib.
Aksiyada Qarabağ müharibəsi iştirakçıları, müharibə əlilləri, o cümlədən Çernobıl əlilləri iştirak edib. İştirakçılar Kürün şəhərin mərkəzindən keçən hissəsinin zəbt olunmasının dayandırlmasını tələb ediblər. Onlar tikintinin dayandırılması haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki qərarının olmasına baxmayaraq, iş adamının bu qərarlara əməl etmədiyini qeyd ediblər.
Onlar tikintinin aparılmasına icazə verməsi haqda qərarının qeyri – qanuni olduğunu qeyd edib və həmin qərarın da ləğv edilməsini tələb ediblər.
Aksiya zamanı şirkət nümayəndələrindən heç kim iştirakçılarla görüşməyib, onların tələblərini dinləməyib. Onlar Kürün zəbti dayanana kimi aksiyanı davam etdirəcəyini qeyd ediblər.
Qeyd edək ki, nazirliyin tikintinin dayandırılması və həmçinin şirkətin cərimə olunmasına baxmayaraq hazırda Kür çayının içərisində tikinti işləri davam etdirilir. Fotolardan da göründüyü kimi, tikinti demək olar ki, çayın ortasına qədər uzanır.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...