Əli Əhmədovun iştirakı ilə Ağcabədidə regional müşavirə keçirildi
08.09.2019-cu il tarixdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Ağcabədi rayon Bayraq muzeyində Tərtər, Ağdam, Bərdə, Ağcabədi və Laçın rayonunun YAP sədrləri və böyük ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə müşavirə keçirmişdir.YAP Siyasi Şurasının üzvü, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qonaqları salamladıqdan sonra sözü Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədova verdi.
Müşavirədə YAP ərazi ilk təşkilatları ilə işi gücləndirmək, həmçinin cari ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq barədə məsələlər müzakirə edilmişdir.
Müşavirədə Laçın rayon İcra Hakimiyyətinin Başçısı Aqil Nəzərli iştirak etmişdir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək