Sabirabad bir həftədir su üzünə həsrət qalıb
Azərbaycanın ən isti rayonlarından biri olan Sabirabadda artıq 7 gündür əhaliyə su verilmir.
Bu barədə məlumatı əslən Sabirabaddan olan jurnalist Pərvanə Sultanova sosial şəbəkə hesabından paylaşıb.
Jurnalistin sözlərinə görə, “Azərsu” rəsmilərinin nikbin açıqlamalarına baxmayaraq, Sabirabada suyun verilməsi hələ də bərpa edilməyib: “Bu gün artıq 7-ci gündür ki, Sabirabada su verilmir. Yayın istisində, Sabirabad kimi istidən od tutub yanan bir rayonda insanlar su üzünə həsrət qalıblar, içməyə su tapmırlar. Zəng etmişəm, “Azərsu” deyilən qurumun qaynar xəttinə. Utanmadan deyirlər ki, su təminatı bərpa olunub. Amma məlum olur ki, yalan danışırlar. Problemin aradan qaldırılması heç kim üçün maraqlı deyil. Və bunun adı dərəbəylik”.
Yenicag.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək