Ənvər Seyidəliyev də belə işləyir... - GİLEY
Ağsu rayonu, Yenilik kənd sakini, əsgər atası Ciyərxanov Çingiz Ciyərxan oğlunun zəlzələ nəticəsində yararsız hala düşmüş daxmasının bəxtinə hələ ki Günəş doğur. Amma payız qapının ağzını kəsib. Yağışlar başlayanda əsgər atasının kasıb daxmasının olmayan qapısından nəinki gün işığı düşəcək, əksinə, ev (buna ev demək mümkünsə ) su altında qalacaq.
DİA.AZ bildirir ki, ölkənin birinci şəxslərinə, müdafiə nazirinə, bağlantılı qurumlara müraciət edən əsgər atasına Ağsu RİH -in fövqəladə hallar komissiyası heç bir yardım etmir. Nə zavallı sakinə başqaları kimi yeni ev tikilir, nə də müvəqqəti də olsa, təmir -bərpa işləri görülür. Zəlzələdən zərər çəkmiş şəxsə Ağsu RİH yardım əvəzinə Fövqəladə Hallar Nazirliyinə müraciət etmək məsləhətini verib. Halbuki vətəndaş, vurğuladığımız kimi bütün bağlantılı qurumlara müraciət edib. Belə çıxır, ya zəlzələdən, ya vəlvələdən evi dağılan vətəndaşlar ayrı-ayrılıqda Fövqəladə Hallar Nazirliyinə məktub yazıb arayış almalıdırlar ki, evləri dağılıb? Bəs rayon icra hakimiyyəti, fövqəladə hallar komissiyasının işi nədən ibarətdir? Ön cəbhədə Vətəni qoruyan əsgərin arxasını söykədiyi ata ocağı başına uçursa və müvafiq dövlət qurumları “şap elə bilir şupdadı, şup elə bilir şapdadı “ prinsipi ilə “işləyirlərsə”, hansı vətən sevgisindən, əsgərə arxa-dayaq olmaqdan danışmaq olar?
Əsgəin atasının evinin görüntüləri görənləri dəhşətə gətirir, amma rayon icra hakimiyyətinin fövqəladə hallar komissiyasını hərəkətə gətirə bilmir. Rayon mərkəzinin bir addımlığındakı kəndə başları torpaq , qəbir alverinə, qumar oynamağa qarışmış rayon “başbilənləri” ayaq basmaq, addım atmaq istəmirlər. Düşmənlə üz-üzə duran əsgərin ata ocağı nə çağacan “gözükölgəli” qalacaq?
...Sualı cavablandırmaq öhdəliyi bağlantılı dövlət qurumlarının üzərinə düşür.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...