İcra başçısı bütün tenderləri eyni adama verir - Səbəb?
Asif Ağayev Beyləqanın təmir-tikinti işlərini evində yaşadığı mal-qara bazarının müdirinə həvalə edib...
“Fasbook” sosial şəbəkəsində “Beyləqan xəbər” adlı qrupun yaydığı məlumata görə rayonda həyata keçirilən adabdlıq, quruculuq və tikinti işləri mal-qara bazarının müdiri Qəhrəman Qəhrəmaova həvalə edilib. Belə ki, icra başçısı Asif Ağayevlə çox yaxın münasibətlər yaradan Qəhrəman Qəhrəmanov artıq rayonda ciddi söz sahibinə çevrilib.
Beylqəan şəhərində vətəndaşlar üçün bina tikintisi tenderinin qalibi də Qəhrəman Qəhrəmaova məxsus şirkət elan edilib. Artıq binanın bünövrəsi qoylub və tikintiyə hazırlıq gedir.
Bildirək ki, bu ilin fevralın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Beyləqana səfəri zaman Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 36 mənzilli yaşayış binasının tikintisinə görə 2 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsinə görə 1 milyon manat ayırması barədə sərəncam imzalayıb. Məhz həmin sərəncama uyğun olaraq artıq Beyləqan şəhər mərkəzində abadlıq quruculuq işləri və 36 mənzilli yaşayış binasının tikintisinə başlanılıb.
Hər iki işlə bağlı keçirilən tenderin qalibi isə başçının “sağ əli” sayılan, Beyləqan mal-qara bazarının müdiri Qəhrəman Qəhərmanovun şirkətləridir.
Sosial şəbəkədə yayılan digər məlumatda isə qeyd edilir ki, icra başçısı Asif Ağayev Qəhrəman Qəhərmanovun evinə köçüb və başçıya bal bazarı müdiri şəxsən özü qulluq edir.
pia.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək