Quba meşələri amansızcasına qırılır - VİDEO - FOTOLAR
Təqdim etdiyimiz şəkillər və video görüntülər dünən səhər saatlarında Quba Regional Meşə Mərkəzinin ərazisinə daxil olan dolaylarda çəkilib. Şəkillər Qubanın Rustov kəndində yerləşən 2-ci dolayında, video görüntülər isə Quba meşəbəyliyinin prezident yolu adlanan ərazisində lentə alınıb. Kəsilən bu ağacların bir hissəsi rayonda yerləşən emal sexlərinə, bir hissəsi isə Bakıdakı mebel emalatxanalarına aparılıb. Həmin emalatxanaların isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbərinə aid olduğu bildirilir. Nazirliyin meşələrin inkişafı departamentinin rəhbəri Ağaqardaş Qaraşova məxsuz olan bu sexlərin əsas xammal mənbəyi də Quba və Qusar meşələridir. Çünki mebel istehsalı üçün lazım olan texniki keyfiyyətlərə malik olan əsas ağac növləri Quba və Qusar meşələrində zəngindir. Konkret.az-ın əldə etdiyi məlumatlara görə, hazırda Quba Regional Meşə Mərkəzinin 2,3 və 6-cı dolaylarında intensiv qırıntı işləri aparılır. Bundan başqa rayonun Şuduğ kəndi ərazisinə yaxın olan meşə zolaqları da da kütləvi qırılır. Kənd sakinlərindən aldığımız məlumata görə, kəsilən ağaclar iri tutumlu yük avtomobilləri ilə Bakıya daşınır. Yerdə qalan emala yararsız oduncaq hissələri yeşik sexlərinə satılır. Qeyd edək ki, hazırda təkcə Quba rayonunda 20-yə yaxın belə sex fəaliyyət göstərir. Növbəti araşdırmamızda rayonun digər meşə dolaylarında aparılan qanunsuz kəsinti halları barədə fakları təqdim edəcəyik.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək