Alı Alıyev Qurban bayramı günlərində vətəndaşlarla görüşüb, problemərini dinləyib
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Qurban bayramı günlərində Əhmədbəyli, Bala Bəhmənli kəndlərində (Dörd yol adlanan ərazidə) və Qayıdış qəsəbələrində olmuş, vətəndaşlarla görüşmüş, bazarlarda, topdan satış mərkəzlərində ərzaq məhsullarının qiymətləri ilə maraqlanmış, alıcı və satıcılarla söhbət etmişdir.
Alı Alıyev vətəndaşları Qurban bayramı münasibəti ilə təbrik etmiş, onların problem və qayğıları ilə maraqlanmışdır. Rayon sakinləri də öz növbəsində Qurban bayramı münasibəti ilə Prezident cənab İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təbrik edərək, bazarlarda qiymətlərin münasib olduğunu, hər hansı bir qiymət artımının olmadığını bildiriblər.
Alı Alıyev Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzalanan sərəncamlardan bəhs edib. Bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılmasının dayanır. Qeyd edib ki, son vaxtlar ölkə başçısı tərəfindən imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.
Məcburi köçkünlər dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunduqlarını, çörək pulu,qaz, işıq, sudan istifadəyə görə hər ay vahid aylıq müavinət aldıqlarını, əməkhaqqı, pensiya və təqaüdlərinin vaxtlı-vaxtında plastik kartlar vasitəsilə ödənildiyini bildiriblər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...