Goranboyun icra başçısının Ağstafa yeyintiləri... - FOTO
Ağstafa Rayon İcra Hakimiyyəti rayondakı Bayraq Meydanında aparılan abadlıq-quruculuq işləri ilə bağlı məlumat yayaraq görüntülər paylaşıb. Amma yayılan rəsmi məlumatla yeni çəkilmiş fotolar ziddiyyət təşkil edir.
Reyting.az-ın məlumatına görə, bu ilin 29 iyul tarixində Ağstafa RİH-in yaydığı məlumatda bildirilir ki, 2012-ci ildə inşa olunan Bayraq Meydanına mərmər plitələr və tamet üzlüklər döşənib, meydanda geniş abadlıq işləri aparılıb, yaşıllıq zolağı salınıb. Burada müxtəlif növ gül və bəzək kollarının əkildiyi, müasir işıqlandırma sistemi quraşdırıldığı bildirilir.
RİH-in yaydığı görüntülərdən aydın olur ki, meydanın ətrafında mərmər plitələr və tamet üzlüklər döşənsə də, abadlıq-quruculuq işləri kor-təbii şəkildə aparılıb.
Belə ki, Bayraq Meydanı ətrafında mərmər plitələr və tamet üzlüklər şəkillərdən göründüyü kimi, qoparaq dağılıb. Üzlüklərin üzərini isə ot basıb. Yəni, Ağstafa RİH-in 2012-ci ildə salınan Bayraq Meydanı ətrafında dövlət büdcəsi hesabına apardığı “abadlıq-quruculuq işləri” heç bir standarta uyğun deyil.
Ötən illərin görüntüləri ilə müqayisədə burada yaşıllıq da salınmayıb, əksinə, meydanın ətrafında salınan çəmənliklər quruyub.
Qeyd edək ki, sosial şəbəkələrdə Ağstafa rayonunun girişində abidənin üzərində rayonun adının “Ağtafa” yazılması da müzakirələrə səbəb olub. Bildirilir ki, bu yazılışa da rayonun icra başçısı Nizaməddin Quliyev qərar verib.
Təəssüf ki, Reyting.az-ın əməkdaşının Ağstafa RİH-in başçısı və digər aidiyyəti şəxslərlə əlaqə saxlamaq cəhdləri alınmaıb.
Onların da məsələyə münasibətinə yer ayırmağa hazırıq.
Ağstafaya hazırda yeni başçı rəhbərlik edir. Bütün bu yeyinti faktının aşkarlandığ dönəmin icra başçısı olan Məhərrəm Quliyev isə hazırda Goranboy RİH rəhbəri postunu tutmaqdadır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...