Tovuz sakinləri etiraz aksiyası keçirdi - Video
Tovuz rayonunun Ağacqala kəndinin sakinləri ölkə rəhbərliyinə müraciət edib.
“Yeni Sabah” xəbər verir ki, onlar Azəravtoyol rəhbərliyinin prezidentin 15 fevral 2019-cu il tarixli sərəncamını dəyişdirdiyini iddia edirlər. Sakinlər bildirir ki, Azəravtol rəhbəri Saleh Məmmədovun göstərişi ilə kəndə yol sərəncamda nəzərdə tutulduğu kimi Tovuz rayonundan yox, Gədəbəydən çəkilir.
Tovuz rayon sakini ehtiyatda olan hərbiçi Hüseynağa Babayev bildirib ki, bu yolun çəkilməsi üçün 2 dəfə - 2016-cı ilin fevralında və 2019-cu ilin fevral ayının 15-də sərəncam verilib.
“Biz Tovuz rayon sakini olduğumuza görə bizim bütün əlaqələrimiz Tovuz rayonu ilə bağlıdır. Prezidentimizin vrdiyi sərəncam qalıb bir kənara, kimisə nə üçünsə gəlib Gədəbəyin kəndləri ilə bizim yolumuzu birləşdirir.
Biri var ki, 32 km məafəsi olan rayonla əlaqələrimizi saxlayaq, biri də var 70 km bizə aidiyyatı olmayan yol ilə hərəkət edək.
Elə olacağı təqdirdə həm saat itkisi, həm yol pulu xərci, yanacaq pulu xərci yaranacaq. Həm də ki, bizim bütün təchizatımız, işığımız Tovuz rayonu ilə birbaşa bağlıdır. Əgər ora ilə əlaqəmiz kəsilərsə, deməli kəndin inkişaf planı da ləğv olur”.
Sakinlər Prezidentə müraciət edərək özbaşınalıq edən, verilmiş sərəncama riayət etməyən məmurların cəzalandırılmasını istəyirlər.
Prezidentin həmin yolun çəkilişi ilə bağlı sərəncamını təqdim edirik:
Tovuz rayonunun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Əlli min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon (üç milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...