SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağsuda gözdən əlili incidən kimdir? - GİLEY

Ağsuda gözdən əlili incidən kimdir? - GİLEY

Tarix:

3-08-2019, 13:57

/ 880 dəfə oxundu.
Ağsuda gözdən əlili incidən kimdir? - GİLEY

Kommunal xidmət qurumlarının özbaşınalığı, abonentləri çeşidli yollarla aldadıb qanunsuz ödənişlər tələb etmələri getdikcə daha anormal, analoqsuz hal alır. Təsəvvür edin, Azərsu ASC 2 ildir fiziki şəxsin otağına sayğac quraşdırıb, amma kartını verməkdən imtina edir! ? Bu hələ harasıdır, “Azərsu” “Azərişıq”ın yanında “toya getməlidir” . İşıq idarəsinin özəlliklə sahibkarların baş ağrısına çevrilməsi ,vətəndaşlardan köhnə tarixə texniki şərt, qoşulma haqqı tələb edilməsi acı gerçəkdir. Özü də on minlərlə manatlıq ödəniş qarşılığında. Ağsu işıq idarəsinin bu özbaşınalıqda xüsusi payı var.

Fərdi sahibkar, gözdən əlil Asəf Babaşov dan 15 ildən çoxdur işlətdiyi sahibkarlıq obyektinə yeni texniki şərt almasını tələb edən işıq rəsmiləri bunu reyestrdə fərdi sahibkarın adına sözügedən şərtin olmaması ilə izah edirlər. Özbaşınalığa baxın, 15 ildir fəaliyyət göstərən, sayğac quraşdırılan obyekt, heç demə, elektrik şəbəkəsinə qanunsuz qoşulubmuş! (?) . Hələ onu demirik ki, NK-nın 02.02.2005 tarixli qərarının 7.9 bəndinə əsasən fiziki şəxslərin sayğaclarla təchiz edilməsi elektrik təchizatı müəssisəsinin hesabına həyata keçirilməsinə baxmayaraq əlil sahibkar(lar)dan 250-500 manatlıq “sayğacpulu” alınıb. Bəs, görəsən, texniki şərtin olmadığı iddia edilən obyektə sayğac necə quraşdırılıb, necə enerji gücü verilib və hazırda həmin güc elə azaldılıb ki, 2 soyuducunu işlətməyə də yetmir. Əlil sahibkardan 2 il qabaq ödəniş qəbzi ilə 4500 manat işıq pulu alan Ağsu işıq idarəsi ödənişin hesabına keçmədiyini bildirərək , 30 nəfərin işlədiyi obyektin işığını kəsməklə hədələyib yenidən 4500 manat alan işıq idarəsinin bu qanunsuzluğuna, nə yazıq, hüquq mühafizə orqanları hüquqi qiymət verilməsini təmin etmir. Sahibkarı yeganə müdafiə edən Kiçik və orta biznesin inkişafı Agentliyinin tapşırıqlarına isə əməl edilmir.

Ağsu işıq idarəsinin özbaşınalığına hüquqi qiymət verilməməsindən “ruhlanan” “xidmət” qurumu hətta bina evi sakinlərindən də texniki şərt tələb edir. Ağsu şəhər sakini Hüsniyyə Səfərovanın məskunlaşdığı 50 ilin bina evindəki mənzilinə 244 manat rüsum tələb edərək sayğac quraşdırılmasından imtina edilir. Fikir verin, NK -nın qərarına görə, bina evinin sakinlərindən texniki şərt tələb edilməzliyinin yolverilməzliyi təsbit olunsa da, işıq idarəsi 50 ilin bina evindən texniki şərt tələb edir! (?) Ağsu rayon icra hakimiyyəti, apellyasiya şuraları, istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olmalı olan qurumlar isə susur. Yəqin işıq idarəsinin rəisinin demaqoq şər-böhtanından çəkinirlər. Axı, idarə rəisi qohumlarının adından anonim sayılan demaqoq ərizələri ilə ad çıxarıb. Elə bir neçə ay qabaq pensiyaçı anasının adından test üsulu ilə dövlət qulluğuna qəbul ediliən gənc mütəxəssisi cinayətdə şərlədiyinə görə cavab vermək zorunda qalması da faktdır.

Prezident hər çıxışında məmurun vətəndaşa, xalqa xidmət etməli olmağını bildirib xalqın 1 nömrəli xidmətçisinin də özü olduğunu vurğulayır. Kommunal xidmət məmurları isə nə dövlətin qanunlarına hörmət qoyur, nə də dövlət başçısının tapşırığına. Belə hörmətsizlikdən isə sıradan vətəndaşlar ziyan çəkirlər.

Şərhlər

XƏBƏR LENTİ