“Goran”ındakı “Yüngül qəlyanaltı”da hansı hoqqalara qol qoyulur?-ŞOK İTTİHAMLAR
- 9-07-2019, 14:02
- 900
İndi olub-keçənlərə diqqət yetirək və ortaq məxrəcə gəldiyimiz qənaəti hər kəslə bölməyə də çalışaq. Əvvəla onu qeyd edək ki, Göranboy rayonunun “Goran” yaşayış məntəqəsi də, xalqımıza məxsus adət-ənənələrimizin yaşadıldığı ünvanlardan biridir. Bu ərazidə bu gün də böyüyə hörmət, azyaşlılara məhəbbət, qadın adını uca tutmaq, onun şərəf və ləyaqətini qorumaq və s. kimi ülvi dəyərlər yaşadılmaqdadır. Bu belə olduğu halda, görəsən Elçin adlı şəxsin atdığı addımlara nə ad vermək olar?
Əldə etdiyimiz bəzi məlumatlara görə, “Goran” yaşayış məntəqəsinin mərkəzi hissəsində yerləşən bu obyekt ictimai-iaşə obyekti olmasından daha çox, ayrı-ayrı şəxslər üçün sanki “svidaniya ünvanı”na çevrilib. Onu da vurğulamaq yerinə düşər ki, hər kəsin “Yüngül qəlyanaltı” adı ilə tanıdığı bu ünvanda müştərilərin sövdələşmələri yekunlaşdırdıqdan sonra, onlar arzularını “çin etmək” üçün, heç də başqa bir ünvan axtarmırlar. Çünki buna əsas səbəb, intim münasibətləri gerçəkləşdirmək üçün həmin obyektdə lazımi şəraitin olmasıdır.
Hələ bu azmış kimi, əməkdaşımızın verdiyi müəyyən məlumatlara görə bu obyektdə çalışan işçilərlə rəhbərlik arasında heç bir əmək müqaviləsi sənədi bağlanmayıb, antisanitariya tüğyan edir və digər çoxsaylı qanunsuzluq əməllərinə qol qoyulması, sanki adi məişət məsələlərindən birinə də çevrilib. Belə bir halların varlığı, artıq “Yüngül qəlyanaltı” adı ilə tanınan obyektin adının dillər əzbəri olmasına da səbəb olub. Düşünürük ki, aidiyyəti qurumlar bu ictimai-iaşə obyektində yaşanan çoxsaylı problemlərin varlığı ilə bağlı lazımi addımlarını atıb, qanunamüvafiq tədbirlərini də görəcəklər. O halda hər kəs görüb eşidəcək ki, “Goran” yaşayış məntəqəsinin mərkəzi hissəsində fəaliyyət göstərən bu obyektdə Elçin adlı şəxsin “fironluğu”na son qoyulub.
Mövzu diqqətimizdədir.
Sizinxeber.com