SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Füzulidə Ümumrayon Müşavirəsi keçirilib

Füzulidə Ümumrayon Müşavirəsi keçirilib

Tarix:

28-06-2019, 10:54

/ 935 dəfə oxundu.
Füzulidə Ümumrayon Müşavirəsi keçirilib

27.06.2019-cu il tarixdə Horadiz şəhərində yerləşən Muğam mərkəzinin binasında Füzuli rayonunda İcbari Sığorta haqqında qanunun icra vəziyyətinin gedişi və kənd təsərrüffatı ilə əlaqədar ümumrayon müşavirəsi keçirildi.

Müşavirədə Füzuli rayon İHBA-nın işçiləri, idarə, müəssisə təşkilat rəhbərləri, məktəb direktorları, bağça müdirləri, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyev çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən sosial layihələrdə Füzuli rayonunun fəal təmsil olunduğunu vurğulayan rayon rəhbəri yanvar ayından etibarən pensiya və müavinətlərin əsaslı surətdə artması, qaçqın və məcburi köçkün statuslu şəxslər üçün vahid aylıq müavinətlərin 60 manata qaldırılması, cənab prezidentin son sərəncamlarına əsasən əmək haqlarının yüksək faiz göstəriciləri ilə artması bütün təbəqədən olan rayon əhalisinin maddi rifahının yüksəldilməsinə təminat verdiyini bilidirdi. Aqrar sektorun dirçəldilməsinin rayon üçün uğurlu nəticələr verdiyini diqqətə çatdıran rayon rəhbəri bu il füzulilərin 50 tona yaxın barama istehsal etdiklərini bunun isə qısa müddətdə rayon əhalisinə 450000 manat məbləğində qazanc gətirdiyini müşavirə iştirakçılarına çatdırdı. Bu günə qədər rayonda 100000 tondan artıq taxıl istehsal olunduğunu diqqətə çatdıran Alı Alıyev çuğundur və pambıqçılıq kimi kənd təsərrüaffatı sahələrinə də böyük maraq göstərildiyini bildirdi. Rayon rəhbəri əldə olunan bütün uğurların dövlətimiz tərəfindən həyata keçirilən düzgün aqrar siyasətin nəticəsi olduğunu qeyd etdi. Alı Alıyev bütün füzulilər adından göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıq ifadə etdi.

Rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Bağır Aslanov çıxış edərək bildirdi ki, bütün digər sahələr kimi dövlət sığorta siyasəti də əhalinin rifah halının yüksəldilməsinə xidmət edir. Bu istiqamətdə rayon ərazisində mühüm addımlar atılmasına idarə, müəssisə, təşkilat kollektivlərinin sığortaya cəlb olunması üçün maarifləndirici tədbirlər görülməsinə baxmayaraq hələ də nöqsanların olduğu diqqətə çatdırıldı. Bu barədə lazımi işlərin görülməsi ilə bağlı tapşırıqlar verildi.
Daha sonra Rayon Məşğulluq Mərkəzinin müdiri S.İsmayılov çıxışında son dövürlər əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təminatı istiqamətində həm ölkə başçımız cənab İlham Əliyevin, həm Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdikləri sosial layihələrin rayonda uğurla reallaşdırıldığını qeyd etdi.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyev mövcud nöqsanların aradan qaldırılması, dövlət siyasətinin ciddi məsuliyyətlə yerinə yetirilməsi, vətəndaş-məmur münasibətlərinin daim nəzarətdə saxlanması istiqamətində tövsiyə və tapşırıqlarını verdi.
Füzulidə Ümumrayon Müşavirəsi keçirilib
Füzulidə Ümumrayon Müşavirəsi keçirilib
Füzulidə Ümumrayon Müşavirəsi keçirilib

Şərhlər

XƏBƏR LENTİ