İcra başçısının bu addımı tənqid olundu - Fotolar
Bu gün – Silahlı Qüvvələr Günü ərəfəsində Gədəbəy rayonunun Yenikənd, Çobankənd və Köhnəqışlaq kəndlərinə təbii qaz verilib.
“Yeni Sabah” xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, ümumilikdə 521 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 44 016 metr müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz”İstehsalat Birliyi tərəfindən cari ildə də ucqar kəndlərin qazlaşdırılması məqsədi ilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq Gədəbəy rayonunun 8 yaşayış məntəqəsinin mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulub.
Azəriqaz-ın yaydığı bu açıqlamaya keçirilən tədbirdən çəkilmiş fotolar da əlavə olunub. Fotolardan görünür ki, mərasim yaşıl çəmənlik ərazidə təşkil olunub. Amma çəmənlik olmasına baxmayaraq yerə xalça döşənib. Hətta podiumlarda olduğu kimi keçid üçün qırmızı xalı da döşənib.
İcra Hakimiyyətinin təşkil etdiyi bu mərasimlə bağlı fotolar yayıldıqdan sonra sosial şəbəkələrdə və saytlarda gülüş obyektinə çevrilib. Tədbir təşkilatçılarının onsuz da təbii xalça olan çəmənliyə hansı məntiqlə xalça döşədikləri tənqid olunub.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək